EURO 1,9271 TRY 0,3119
USD 1,7 RUB 0,0263
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:12.12.2018 16:51:31

2 gündür ki, mətbuatda və ictimaiyyət arasında Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş vermiş dəhşətli qətl hadisəsi müzakirə edilir.

2 gündür ki, mətbuatda və ictimaiyyət arasında Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş vermiş dəhşətli qətl hadisəsi müzakirə edilir.

İslamazeri.com xəbər verir ki, ilkin araşdırmalar zamanı “Buta Palace”nin art-direktoru Taxveli Ramiz Pərviz oğlunun həyat yoldaşı, 30 yaşlı Adelya Taxvelini Rəşid Behbudov küçəsindəki 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən atarkən THC növlü marixuana və BAR (BARBİTURAT) qəbulu nəticəsində yaranmış ağır psixi vəziyyətdə olduğu müəyyənləşib. O, artıq həbs edilib.

Psixiatr Orxan Fərəcli Publika.az-a bildirib ki, barbituratlar tibbdə yuxusuzluqdan əziyyət çəkənlərə kömək etmək üçün istifadə olunur: “Lakin bu maddə nəinki, marixuanaya qarşı, heroin, digər həlledicilərə qarşı psixi və davranış pozuntuları yarada bilər. Adətən bu kimi hallar yaşananda xüsusi amansızlıqla törədilmiş cinayətlərin rastgəlinmə faizi də artır. Yəni, “həmişə belə olacaq” demək mümkün deyil. Lakin bu kimi ağır halların yaranması üçün xüsusi zəmin olmalıdır. Uzun müddətli yuxusuzluq, bir çox maddələrin qarışdırılaraq qəbulu, alkoqolla marixuanın birgə istifadəsi və sair hallar ağır fəsadların baş verə biləcəyinə, xüsusi amansızlıqla törədilmiş cinayətlərə müəyyən zəmin hazırlaya bilər. Hadisə vaxtı psixi durumu müəyyənləşdirmək, cinayəti törətmiş şəxsin anlaqlı və ya anlaqsız vəziyyətdə olması məhkəmə-tibbi ekspertizası tərəfindən müəyyənləşdiriləcək bir məsələdir”.

Qeyd edək ki, hadisə dekabrın 10-na keçən gecə baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir. Əri tərəfindən qətlə yetirilən Adelya Taxveli “Atəşgah Sığorta” şirkətinin əməkdaşı olub.


Bakıda vəzifəli şəxsin törətdiyi dəhşətli qətllə bağlı TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman qatili öz əməlinin SƏBƏBİ haqda: 2 il öncə...
    Yeni Zelandiyada məscidlərə hücum etmiş terrorçu öz cinayəti haqda danışıb.
     18.03.2019
    Türkiyənin Varlıq Fondunu satmaq istəməsinə REAKSİYALAR
    Səadət Partiyasının sədri Təməl Karamollaoğlu məsələyə dair olaraq sosial media hesabı vasitəsilə paylaşım edib.
     18.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ