EURO 2,0296 NEFT 57,34
USD 1,7008 RUB 0,0295
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.09.2017 11:12:05

Bakıda muzeylərdə, mədəniyyət obyektlərində, ictimai nəqliyyat vasitələrində və turistlər üçün turlar təşkil edən "Baku city bus" avtobuslarında istifadə məqsədilə vahid turist kartları hazırlanır.

Bunu Trend-ə Milli Turizm Təbliğat Bürosunun (MTTB) mətbuat xidmətinin katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, kartın hazırlanmasında məqsəd turistlərin məmnunluğunu təmin etmək, MTTB-nin bu layihədən gəlir əldə etmək istəyidir.

Dünyanın inkişaf etmiş bir çox ölkələrində belə kartların mövcud olduğunu deyən K.Quluzadə qeyd edib ki, turistlər üçün 2 cür - 30 günlük və 1 illik kartın hazırlanması nəzərdə tutulur. 1 illik kartın istifadə müddəti uzadıla da bilər: "Bu kartları əldə edən həm xarici, həm də yerli vətəndaş müəyyən xidmətlərdən pulsuz istifadə edə, müəyyən xidmətlərdən isə güzəştlə istifadə edə biləcək: "Kartlara muzeylərə giriş, Bakıda ekskursiya keçirən avtobuslardan, nəqliyyat vasitələrindən istifadə daxildir. Bu kart müəyyən mağazalarda endirim imkanı da verə bilər. Hazırda bunlar araşdırılır. Turistlər tərəfindən hansı xidmətlər daha çox alqışlanırsa, onu genişləndirəcəyik, hansı xidmətlərdən az istifadə edilərsə, onu azaldacağıq".

K.Quluzadə deyib ki, hazırda kartlarla bağlı layihə müvafiq dövlət və biznes strukturları ilə müzakirə edilir: "Ümid edirik ki, bu layihə yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək".

Büro rəsmisi əlavə edib ki, turistlər üçün nəzərdə tutulan kartlar elektron olacaq. Bu kartları turizm agentliklərindən, şəhərdəki müəyyən satış nöqtələrindən əldə etmək, eyni zamanda, onlayn sifariş etmək də mümkün olacaq.

K.Quluzadə bildirib ki, hazırda kartın qiyməti müzakirə edilir: "Biz çalışacağıq ki, qiymət yüksək olmasın və hamı bundan xüsusi xidmət kimi istifadə edə bilsin".


Bakıda turistlər üçün vahid kartlar hazırlanır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • BP-nin Bakıdakı baş ofisində bütün işçilər təxliyyə edildi - FOTO
    Əraziyə yanğınsöndürənlər gəlib.
     25.09.2017
    Ermənistan ordusunda dava düşüb, iki əsgər güllələnib
    Onlar ağır bədən xəsarətləri ilə hospitala təxliyyə ediliblər, vəziyyətləri ağırdır.
     25.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ