EURO 1,93 TRY 0,2943
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:01.04.2019 11:22:03

Bakının Nobel prospektində, "Ağ Şəhər" ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb.

Bakının Nobel prospektində, "Ağ Şəhər" ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, yeni stansiya üçün ayrılan ərazi təmsil etdiyi qurum tərəfindən hasarlanıb: "Stansiyanın yeri artıq məlumdur. Şərti adı "Y-14" adlandırılır. Yeni metro stansiyası "Dərnəgül" - "Xətai" xətti üzərində, yəni Yaşıl xətdə yerləşəcək, "Xətai"dən sonrakı stansiya olacaq".

B.Məmmədov qeyd edib ki, stansiyadan əsasən tikilməkdə olan "Ağ Şəhər" yaşayış məntəqəsinin sakinləri rahatlıqla istifadə edəcəklər.

Xatırladaq ki, Bakı Metropoliteninin Perspektiv İnkişaf Planına uyğun olaraq tikilməkdə olan Yaşıl xəttin ümumi uzunluğu 41,8 km olacaq. Yaşıl xətt Bakının Xətai, Nəsimi, Yasamal, Binəqədi, Nəriman Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayonlarını əhatə edəcək. Perspektiv inkişaf planına uyğun olaraq, gələcəkdə bu xətt üzrə Bakı metrosunda ilk dəfə qatarların dairəvi hərəkəti təşkil olunacaq. 23 stansiyası olacaq bu xəttin "Dərnəgül", "Azadlıq prospekti", "Nəsimi", "Memar Əcəmi", "20 Yanvar", "İnşaatçılar", "Nizami", "Cəfər Cabbarlı" və Xətai" stansiyaları artıq istismardadır. Xəttin bir elektrik deposu hazırda inşa olunur, daha biri isə layihələndirmə mərhələsindədir.


Bakıda tikiləcək “Ağ Şəhər” metro stansiyası ilə bağlı XƏBƏR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Saakaşvili Gürcüstana nə vaxt qayıda bilər?
    Mixeil Saakaşvili yaxın gələcəkdə Gürcüstana qayıda bilər.
     27.06.2019
    İraqın tanınmış lideri Ayətullah Xamenei haqqında açıqlama verib
    İraq Milli Alyansının rəhbəri Seyid Əmmar Həkim İslam İnqilabı Rəhbəri Ayətullah Xameneilə bağlı açıqlama verib
     27.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ