EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.06.2017 15:19:42

Telefonun İMEİ kodu bağlanır və şəbəkəyə qoşulmur.

Paytaxt Bakıda telefon mağazaları müştəriləri yeni fırıldaqla aldadır.

Mağazalar kredit problemi olan telefonları başqalarına satırlar. Bunun üstü 3-4 ay sonra açılır. Telefonun İMEİ kodu bağlanır və şəbəkəyə qoşulmur. Belə bir hadisə Oğuz sakini Rəşad Nəbiyevin başına gəlib.

Xəzər-in xəbərinə görə, Rəşad Nəbiyev Bakıda metronun 20 Yanvar stansiyası yaxınlığında yerləşən bir mağazadan 170 manata telefon alıb. Bir neçə dəqiqə sonra telefonun işləmədiyini aşkarlayıb.

O, telefonu qaytarıb və ona eyni telefonun yenisini təklif ediblər. Rəşad da buna razılaşıb və telefonu götürərək Oguz rayonuna qayıdıb. Lakin bir neçə ay sonra aldığı yeni telefonda da problem yaranıb. O, indi nə telefonu qaytara nə də pulunu ala bilir. Mağazadan onu müxtəlif bəhanələrlə yola salırlar.

Məlum olub ki, telefon satanlar müştərini aldadıb. Onlar kreditdə olan telefonu zəmanət kağızı ilə birlikdə Rəşada satıblar. Kredit ödənmədiyindən telefonun şəbəkəyə qoşulması da əngəllənib.

Mağazanın fırıldaqlığı isə zəmanət kağızına yazdığı iki İMEİ kodu ilə üzə çıxıb. Rəşad Nəbiyev isə çarəsiz qalıb.


Bakıda telefon mağazaları yeni fırıldaqlığa əl atıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • TAYDER İstanbulda tələbə və müəllimlərin iştirakı ilə
    Türkiyənin tanınmış təşkilatı Qüds günü ilə əlaqədar “Fələstinin dünəni, bu günü və gələcəyi” adlı tədbir keçirib.
     25.06.2017
    Trampın kürəkəni və baş müşavirinin istəyi Fələstin prezidentini qəzəbləndirib
    Mahmud Abbas Kuşnerin bu istəyinin İsrailin xeyrinə olduğunu deyərək, istəyini qəbul etməyib.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ