EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:08.02.2019 13:35:02

Bakıda birinci kurs tələbəsi olan qız dünyasını dəyişib.

Bakıda birinci kurs tələbəsi olan qız dünyasını dəyişib.

İslamazeri.com-un məlumatına görə, qızın anası İlhamə İgidova Baku.ws-ə bildirib ki, övladı virusa yoluxubmuş. Onun sözlərinə görə, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da vəfat edib.

Belə ki, qızın vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Klinik Xəstəxanasına, daha sonra "Bakı Medical Plaza”ya yerləşdiriblər. Həkimlərin səyinə baxmayaraq, Nərdanənin həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər qızın valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospirosis virusuna tutulubmuş: "Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığıdır”.

İlhamə İgidova deyir ki, qızın ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və bildiriblər ki, Nərdanə Tağızadədən başqa, bu virusdan daha 5 nəfər vəfat edib: "Dedilər ki, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus əsasən heyvanlardan insana keçir”.

Dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 600 balla daxil olub. Xəstələnəndən sonra bir müddət müalicə alıb və imtahanlarını verib.

Qeyd edək ki, mərhumun bu yaxınlarda nişan mərasimi baş tutacaqdı.


Bakıda tələbə qız dəhşətli virusdan öldü - FACİƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ