EURO 1,927 TRY 0,3195
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:29.12.2018 11:39:21

Sərnişinlər fərdi qəza sığortası ilə təmin olunur

"Bakı Taksi Xidməti" 500 ədəd TX4 markalı "London taksi"si ilə sərnişinlərə xidmət göstərilir. Taksilərimizdə fiziki məhdudiyyəti olan insanlar üçün şərait mövcuddur. Bundan başqa, sürücü ilə sərnişin arasındakı arakəsmə təhlükəsizliyi və məxfiliyi təmin edir, sürücü ilə danışmaq üçün intercom sistemi, havalandırma və digər funksiyaların sərnişin tərəfindən idarə etmə imkanı sərnişinlərin komfortu üçün nəzərdə tutulub".

Bu barədə Sputnik.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, avtomobillərin hər biri taksometr cihazı ilə təchiz olunub. Beş sərnişin üçün nəzərdə tutulan geniş salon digər taksi şirkətlərinin avtomobillərində mövcud deyil: "Nəqliyyat vasitələrində GPS izləmə ilə səfərlərin qeydiyyatı və təhlili aparılır. Fövqəladə hallarda dispetçer çağırış (SOS) düyməsi həmişə aktivdir. Sərnişinlər fərdi qəza sığortası ilə təmin olunur".

Allahyarova qeyd edib ki, növbəti ildən xidmət keyfiyyətini artırmaq üçün iki kameralı videoqeydiyyatçının quraşdırılması, sürücülərin vahid geyim forması ilə təmin edilməsi, sifariş mərkəzinin və mobil tətbiqetmənin istifadəyə verilməsi, Wi-Fi xidməti ilə təchizat nəzərdə tutulur.


Bakıda taksilər Wi-Fi xidməti ilə təchiz ediləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Penitensiar Xidmətin şikayəti əsasında vəkilin fəaliyyətinə xitam verilib
    Hüquqşünas qərarın ləğvi üçün apellyasiya instansiyasına müraciət edəcəyini bildirib.
     23.02.2019
    YPG 150 İŞİD terrorçusunu İraqa təslim etdi
    Suriya kürdlərinin təşkilatı YPG 150-ə qədər İŞİD terrorçusunu İraq ordusuna təslim etdi.
     23.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ