Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.10.2021 16:42:32

"Bizim istəyimiz insanları mümkün olan bütün cihazlar vasitəsilə məlumatlandırmaqdır".

Paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarının sərnişinləri istifadə etdikləri marşrutlarla bağlı real vaxt rejimində məlumatlar əldə edə biləcəklər.

İslamazeri.com APA-ya istinadla xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, kart sisteminə keçən avtobusların hərəkəti avtomatik olaraq vahid dispetçer mərkəzindən idarə olunur və bütün məlumatlar məhz bu mərkəzdə toplanılır.

"Bu, öz növbəsində, bizə xəttə nə qədər avtobusun çıxması, onların hansı ərazilərdə olması, hansı sürətlə və hansı intervalla hərəkət etməsi barədə məlumatları real vaxt rejimində əldə etməyə imkan verir. Təbii ki, biz bu məlumatları sərnişinlərimizlə bölüşmək istəyirik. Sərnişinlər istifadə etdikləri marşrutlarla bağlı real vaxt rejimində məlumatlar əldə edə biləcək ki, bu da onların işlərini asanlaşdıracaq", - deyə M. Ağayev qeyd edib.

O həmçinin əlavə edib ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yeni yarananda, avtobus dayanacaqlarında informasiya terminalları quraşdırılmışdı: "Onlar bir sıra aspektdən özünü doğrultmadığı üçün bir müddət sonra fəaliyyət göstərmədi, çünki informasiya texnologiyaları sürətlə yenilənir və o monitorlar rəqabətə tab gətirmədi. Bizim istəyimiz insanları təkcə avtobus dayanacaqlarında quraşdırılan monitorlarla yox, ümumiyyətlə, mobil telefonlar və mümkün olan bütün cihazlar vasitəsilə məlumatlandırmaqdır".


Bakıda sərnişinlər marşrutlarla bağlı məlumat əldə edə biləcəklər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ