1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:09.11.2018 16:22:58

“Yeni Zaman” - "Novoye Vremya” qəzetlərinin ofisinin naməlum şəxslər tərəfindən qarət edilməsi faktının üstü açılıb.

“Yeni Zaman” - "Novoye Vremya” qəzetlərinin ofisinin naməlum şəxslər tərəfindən qarət edilməsi faktının üstü açılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Real TV-yə qəzetin baş redaktoru Şakir Ağayev məlumat verib.

Hadisə oktyabrın 12-nə keçən gecə baş verib. Dərhal hadisə barədə Nərimanov rayon 16 saylı Polis Bölməsinə məlumat verilib, araşdırmalara başlanılıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qəzet ofisinin qarəti barədə Daxili İşlər naziri Ramil Usubovun adına məktub göndərilərək, ondan sözügedən işi şəxsi nəzarətinə götürməsini xahiş edib.

Noyabrın 3-də baş redaktora Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən zəng gəlib və hadisənin törədilməsində şübhəli bilinən üç nəfərin saxlanıldığı barədə məlumat verilib. Saxlanılan şəxslər hadisə yerinə gətiriliblər və müvafiq istintaq hərəkətləri aparılıb. Baş redaktorun sözlərinə görə, saxlanılan şəxslərin 14, 21 və 23 yaşı var.

Qeyd edək ki, qarət nəticəsində redaksiyaya 800 manatlıq ziyan dəyib.


Bakıda redaksiyaya hücum edənlər tutulub - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ