1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.07.2019 13:40:43

Azərbaycanda bir neçə ay əvvəl həbs edilmiş İsrail vətəndaşı Beni Hay sərbəst buraxılacaq və vətəninə qayıdacaq.

Azərbaycanda bir neçə ay əvvəl həbs edilmiş İsrail vətəndaşı Beni Hay sərbəst buraxılacaq və vətəninə qayıdacaq. Qeyd edək ki, israilli sərhəddə çantasında sursat tapıldıqdan sonra həbs olunub.

İsrail mətbuatının verdiyi məlumata görə, Beni Hay bu gün mesaj alıb ki, bazar günü azad ediləcək və İsrailə uçacaq. Bu, Knesset üzvü, "İsrail bizim evimizdir" partiyasının sədri Aviqdor Libermanın müdaxiləsindən sonra mümkün olub.

"Mən çox həyəcanlıyam. Mən ailəmi, demək olar ki, dörd aydır görməmişəm və artıq ümidimi itirməyə başlamışdım. Uzun müddət həbs cəzası çəkmək üçün burada qalacağımı düşünürdüm. Libermanın müdaxiləsi olmasaydı, çox güman ki, mən burada qalacaqdım və nə vaxt çıxa biləcəyimi heç kim deyə bilməzdi", - deyə o, İsrail jurnalistləri ilə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aviqdor Liberman ona şəxsən zəng edib.

"O, mənə zəng etdi və bütün məlumatları dəqiqləşdirməyə başladı. Mən çox həyəcanlı idim. Avigdor Lieberman söz verdi ki, hər şey yaxşı olacaq. Yarım saatdan sonra məlumat aldım ki, vəkilimizlə məni təcili olaraq polisə çağırırlar. Orada dedilər ki, bazar günü azad ediləcəyəm və dərhal evə uça bilərəm. Mən çox həyəcanlıyam. Burada vaxt çox ləng gedirdi, amma şadam ki, hər şey bitdi, mən İsrailə qayıdacağam və ailəmlə görüşə biləcəyəm", - deyə Beni vurğulayıb.

32 yaşlı qüdslü baş aşpaz Beni Hay özünün 10 yaşlı oğlu ilə Bakıya Pesax yəhudi bayramını qeyd etməyə gəlib. Sərhəddə onun yükünə baxış leçirilərkən Azərbaycanın təhlükəsizlik orqanlarının əməkdaşları Beninin oğlunun çantasından bir qutuda 50 ədəd tapança patronu aşkar ediblər. Ata və oğul bir sutkalıq ilkin saxlanma kamerasında saxlanılıblar, sonradan isə ev dustaqlığına buraxılıblar və bu müddət ərzində oteldə qalıblar. Onlara Azərbaycanəı tərk etmək qadağan olunub.

Hay bir neçə həftə boyunca ifadə verib və bildirib ki, patronlar uşağın çantasına təsadüfən düşüb. Onun sözlərinə görə, lisenziyasının müddətini uzatmaq məqsədilə atıcılıq mərkəzinə geirmiş və özü ilə bu çantanı götürürmüş, sonradan isə patronları kənara qoymaq unudub. Lakin onun izahatı qəbul edilməyib və israilliyə qarşı silah alveri və sursatların qanunsuz saxlanması ittihamı irəli sürülüb.

P.S. Saxlanılmış Beni Hayın əminliyi çaşqınlıq doğurur, belə ki, onun azad edilməsi və Azərbaycandan çıxışına icazə “telefon hüququ”ndan qaynaqlanmır, bunun üçün Azərbaycan məhkəməinin qərarı olmalıdır. Məhkəmə Beni Hayı azad edəcəkmi, sual budur. Yaxın zamanda biz məsələ ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarının mövqeyini təqdim edəcəyik.


Bakıda patronlarla tutulan israilli: "Ümid edirəm ki, bazar günü məni buraxacaqlar"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ