EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:10.01.2019 22:47:48

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının oğurluq etməsini əks etdirən videogörüntülərə münasibət bildirib.

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının oğurluq etməsini əks etdirən videogörüntülərə münasibət bildirib.

İslamazeri.com-un məlumatına görə, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a bildirib ki, videonun harada və nə vaxt çəkildiyi bilinməsə də, Nazirliyin aidiyyəti qurumları bu iddia ilə bağlı dərhal obyektiv araşdırmalar aparıb: “Qısa zamanda müəyyən edilib ki, görüntüdə olan şəxs, həqiqətən də, polis əməkdaşıdır və paytaxtdakı mühafizə idarələrindən birində polis nəfəri kimi xidmət edib. Onun cibinə qoyduğu əşya isə qızıl bilərzik deyil, metro stansiyalarının önündə satılan adi bijuteriyadır. Dərhal həmin gənc əməkdaş aidiyyəti idarəyə dəvət olunub və sorğu zamanı törətdiyi xoşagəlməz və polisin adına yaraşmayan hərəkəti 2018-ci ilin oktyabr ayında törətdiyini etiraf edib”.

E.Zahidov qeyd edib ki, DİN rəhbərliyinin göstərişi ilə daxili işlər orqanlarının nüfuzuna xələl gətirən, polisin adına yaraşmayan hərəkətlərə yol verdiyinə görə həmin şəxs daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Qeyd edək ki, ötən gün bəzi xəbər saytlarında və sosial şəbəkələrdə polis əməkdaşı olduğu iddia edilən şəxsin satışda olan sarı metal əşyanı götürüb cibinə qoyduğunu əks etdirən videogörüntü paylaşılıb. Müəllifin qənaətinə görə əşya qızıl bilərzikdir.


Bakıda oğurluq edən polis işdən çıxarıldı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həcc ziyarəti üçün kvotanın dolmasına 300 nəfər qalıb - QMİ
    Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1100 nəfərdir.
     24.06.2019
    Bəzi xəbər saytları niyə işləmir? - NAZİRLİK AÇIQLADI
    Bir neçə dəqiqədir ki, bəzi xəbər saytlarının fəaliyyətində yaranan məhdudiyyətlər hostinqlə bağlıdır.
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ