Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.11.2021 11:32:09

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev müraciətlərİ araşdırılarkən problemlərin binanın daxilində olduğunun müəyyən edildiyini bildirib.

Bakının bəzi hissələrində istiliklə bağlı hələ də problemlər davam edir.

İslamazeri.com xəbər verir ki, bu barədə açıqlama verən “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev problemlərin müxtəlif səbəblərdən qaynaqlandığını və fərdi yanaşılmalı olduğunu deyib.

“Bizim bütün qazanxanalarımız işləyir. Magistral və məhlədaxili xətlərdə problem yoxdur. Məntəqələr tam işlək vəziyyətdədir. Düzdür, lokal xarakterli bəzi yerlərdə qısamüddətli fasilə ola bilər. Bu, istisna deyil. Amma müraciətlərə fərdi yanaşmaq lazımdır” - deyə qurum rəsmisi bildirib.

O qeyd edib ki, müraciətlər araşdırılarkən problemlərin binanın daxilində olduğu müəyyən edilir.

“Bloklarda, mənzillərdə, binaların zirzəmisində müəyyən problemlər çıxır. Məsələn, ötən il mərkəzi istilikdən istifadə edən, bu il istifadə etməyə və ya təmir zamanı vintili bağlamış ola bilər. Həmçinin axırıncı mərtəbələrdə borulardan havanı buraxmaq lazımdır, amma görürsən ki, vətəndaş kombi çəkib və xətti ləğv edərək, hava çıxmağa yer qoymayıb. Belə olanda əməkdaşlarımız boruların zirzəmidəki hissələrində havanı çıxarırlar ki, dövriyyə normal tənzimlənsin. Dediyim kimi, qazanxanalarda heç bir problem yoxdur”, - qurum rəsmisi əlavə edib.


Bakıda mənzillərə niyə tam istilik verilmir? - AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə hərbi gəmi və təyyarə göndərir
    NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə döyüş təyyarələri və döyüş gəmiləri göndərəcəyini açıqlayıb.
     24.01.2022
    Koronavirusa yoluxan şagirdlərin sayı məlum olub
    Həmin müddət üçün COVID-19-a yoluxan işçi heyətin sayı isə 73 olub.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ