EURO 1,9649 NEFT 79,71
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:11.10.2018 09:44:09

Bakının Suraxanı rayonunda kanalizasiya quyusundan neft çıxıb.

Bakının Suraxanı rayonunda kanalizasiya quyusundan neft çıxıb. Neft kanalizasiya xətti ilə evlərə dolub.

İslamazeri.com-un “Xəzər” TV-yə istinadən məlumatına görə, sakinlər yaranmış vəziyyətdən narahatdırlar.

Onlar evdə oturmağın mümkün olmadığını deyirlər. Sakinlərin sözlərinə görə, bir neçə ay əvvəl bu kanalizasiya xəttində neft görünüb. Əvvəllər az olub və qısa zamanda problem aidiyyəti qurumlar tərəfindən aradan qaldırılıb.

Son bir neçə gündə neft quyunun ağzına qədər qalxıb. Hətta neft kanalizasiya xətti vasitəsilə evlərin hamamından və digər hissələrdən də çölə çıxır.

Məsələ ilə bağlı əraziyə cavabdeh olan 139 saylı Mənzil Kommunal İstismar Sahəsindən bildirilib ki, problem qısa zamanda aradan qaldırılacaq.


Bakıda kanalizasiya quyusundan neft çıxdı - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Nazirlik Badamdarda sürüşmə zonasında son vəziyyəti açıqladı
    Badamdarda sürüşmə zonasında monitorinqlər davam edir.
     18.10.2018
    Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyətlər verildi
    Prezidentin fərmanına əsasən, qeyd olunan cinayət əməllərinin istintaqı DTX-nın səlahiyyətlərinə daxil edilib.
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ