EURO 2,0016 NEFT 79,57
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.05.2018 13:43:52

Bakıda “ABŞ və İsrail rejimi! Qüds müsəlmanlarındır, fələstinlilərin işğalına son qoyun!” mövzusunda tədbir keçirilib

Qələm Yazarlar Birliyinin təşkilatçılığı ilə “ABŞ və İsrail rejimi! Qüds müsəlmanlarındır, fələstinlilərin işğalına son qoyun”! mövzusunda tədbir keçirilib. 

Tədbirdə ölkənin ictimai-siyasi şəxsləri, partiya rəhbərləri və QHT nümayəndələri, din xadimləri və ziyalılar iştirak ediblər.

İslamazeri.com "islamınsesi"nə istinadən xəbər verir ki, Quran tilavətindən sonra tədbiri giriş sözü ilə açan Qələm Yazarlar Birliyinin sədri Qurban Cəbrayıl təşrif buyuran qonaqlara minnətdarlığını bildirib. O, qeyd edib ki, ABŞ və sionist İsrail rejimi İslam dünyasına xaos yaratmağa çalışır. Bu xaos müsəlmanlar üçün xüsusi əhəmiyyətlə ay və günlərdə daha kütləvi xarakter alır və qətliamlarla yadda qalır. Mübarək Ramazan ayı ərəfəsində işğalçı rejimin qəzzada fələstinlilərə qarşı törətdiyi qətliam bunu bir daha sübuta yetirir.

 Tədbirdə söz alan Azərbaycan İslam Partiyasının sədr əvəzi, ruhani alim Hacı İlham Əliyev də mövzu ətrafında  ciddi fikirlər səsləndirib. O, ilk növbədə mübarək Ramazan ayının gəlişi münasibəti ilə bütün dünya müsəlmanlarını, xüsusən də Azərbaycan xalqını təbrik edib. Hacı İlham Əliyev bildirib ki, bu gün bütün dünyanın diqqəti Qüdsə, Fələstinə yönəlib. Hamı zülmü pisləyir və zalıma öz yerinin göstərilməsini istəyir. Hacı İlham Əliyev qeyd edib ki, bu gün Qərb dünyası İslam dininin yer üzərinə hakimlik etməsindən qorxurlar. Ona görə də, İslama olan basqı hər ötən gün daha da şiddətlənir.  

Tədbir dəyirmi masa ətrafında diskusiyyalarla davam edib. 


Bakıda İsrailin fələstinlilərə qarşı qətliamı pislənib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman ölkəsində onlarla insan gün vurmasından öldü
    Pakistanda gün vurması nəticəsində onlarla insan dünyasını dəyişib.
     22.05.2018
    İsraildə ailələrdə cinsi təcavüz halları çoxalıb - STATİSTİKA
    "Elem" cəmiyyətin İsraildəki zorakılıq halları ilə bağlı məlumat yayıb.
     22.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ