1. http://www.islamazeri.com/

Kateqoriya :

Yayınlanma tarixi:04.12.2017 10:45:31

Filmin məqsədləri haqda iştirakçılara geniş məlumat verilib

 Bakıda, “World Business Center” (Dünya Biznes Mərkəzi) iş mərkəzinin akt zalında yeni, “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” adlı sənədli filminin təqdimat mərasimi keçirilib.

İslamazeri.com xəbər verir ki, film 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təşəbbüsünə dəstək olaraq Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun sifarişi ilə ərsəyə gəlmişdir. Filmin təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İƏT Gənclər Forumunun səlahiyyətli nümayəndələri, Bakı və ətraf qəsəbələrin dini icma rəhbərləri və imamları, dini icmaların, ictimai birliklərin, gənclər təşkilatlarının üzvləri, eləcə də filmin yaradıcı heyəti iştirak edib.

Təqdimat mərasimində çıxış edən DQİDK şöbə müdiri Əliheydər Zülfüqarov, filmin eksperti, QMİ Fətva şöbəsi müdiri, BDU İlahiyyat dosenti Aqil Şirinov, filmin ssenaristi, Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov, filmin sifarisçisi olan İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmi və filmin məqsədləri haqda iştirakçılara geniş məlumat vermişlər.

Daha sonra filmin nümayişi keçirilmişdir. Sənədli filmin əsas mövzusu Azərbaycan xalqının öz milli-dini ənənələrinə bağlılığı, İslam irsinə göstərdiyi önəm, Azərbaycanda əsrlər ərzində formalaşmış və indi də davam edən məzhəblərarası tolerantlıq mühitinin formalaşmasında peyğəmbər ailəsi və əhli-beytinə Azərbaycan xalqının, məzhəbindən asılı olmayaraq, bütün təbəqələri tərəfindən tarixən göstərilən hörmət, Azərbaycan ədəbiyyatı, ənənələri, deyimlərində olan İslam irsi izləri, müasir Azərbaycan dövlətinin dini irsimizin qorunub saxlanmasına ayırdığı diqqət və qayğının əyani təsviri olmuşdur. Xalq artisti Nurəddin Mehdixanlının səsləndirdiyi 33 dəqiqəlik filmdə çıxış edən ilahiyyatçı və ekspertlər, tarix boyu ölkədə Əhlibeyt irsinə olan sevgi və hörmətdən, eyni zamanda bununla bağlı formalaşan ənənələrdən və həmin irsə hörmət olaraq inşa edilən tarixi abidələrdən bəhs etmişlər.

Filmin rejissoru Kamran Səfərəlizadə, ssenari müəllifi Natiq Rəhimov, direktoru Elçin Əsgərovdur. Həmçinin təqdimat mərasimində verilən məlumata görə, sosial şəbəkələrdə bir ay əvvəldən paylanmış bu filmi, keçən müddət ərzində 70 min nəfərdən artıq istifadəçi izləmişdir.


Bakıda “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” adlı sənədli filmin təqdimatı olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ