EURO 1,9828 NEFT 72,87
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:08.01.2018 11:56:35

Bakıda daha bir küçənin əsaslı təmirinə başlanılıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, söhbət Binəqədi rayonunda yerləşən Abay Kunanbayev küçəsindən gedir. Küçənin uzunluğu 1.8 km, eni isə ortalama 9 metr təşkil edir.

Təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, mövcud kommunikasiya xətləri bərpa olunur və ya yeniləri çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Aidiyyəti qurumlarla birgə aparılan işlər gələcəkdə yolun asfalt-beton örtüyünün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.

Küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır. Daha sonra yolun hərəkət hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Aparılan təmir işləri zamanı mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınacaq, yeni yağış barmaqlıqları, kommunikasiya xətləri üçünsə yeni baxış qapaqları qoyulacaq. Hərəkətin normal təşkili üçün yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkilərək küçədə tam yeni və müasir yol infrastrukturu yaradılacaq.


Bakıda daha bir küçə əsaslı təmir olunur

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kılıçdaroğlu böhtan atdığı üçün Ərdoğana kompensasiya ödəyəcək
    Müvafiq qərarı İstanbul məhkəməsi çıxarıb.
     20.07.2018
    Bakıda məktəblilərin bu görüntüsü polisləri hərəkətə keçirdi - FOTO
    Bakıda məktəblilərin pivəxanada görüntüləri yayılıb.
     20.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ