EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:03.01.2019 10:44:32

2018-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz bahalaşıb,

2018-ci ilin noyabr ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri oktyabr ayına nisbətən 0,4 faiz bahalaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 0,1 faiz, xidmətlərin qiymətləri 0,4 faiz bahalaşıb.

Trend-in məlumatına görə, 2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak bazarında “Ət məhsulları” qrupu 0,2 faiz, “Süd məhsulları, pendir və yumurta” qrupu 0,3 faiz, “Tərəvəzlər” qrupu 4,7 faiz, “Qənd, cem, bal, şokolad və konfetlər” qrupu 0,2 faiz, “Digər kateqoriyalara aid edilməyən yeyinti məhsulları” qrupu 0,5 faiz, “Qəhvə, çay, kakao” qrupu 0,9 faiz, “Mineral sular, sərinləşdirici içkilər və şirələr” qrupu 0,2 faiz, “Araq, brendi (konyak)” qrupu 3,4 faiz, “Çaxır” qrupu 0,9 faiz, “Tütün məmulatları” qrupu 1,0 faiz bahalaşıb.

 

2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən qeyri-ərzaq məhsullarından “Geyim” qrupu 0,3 faiz, “Ayaqqabı” qrupu 0,1 faiz, “Mebel və ev əşyaları” qrupu 0,1 faiz, “Məişət cihazları” qrupu 0,3 faiz, “Evə qulluq etmək üçün lazım olan məhsullar” qrupu 0,3 faiz, “ Tibb təyinatlı digər məhsullar“ qrupu 0,3 faiz, “Müalicə ləvazimatları və cihazları” qrupu 0,9 faiz, “Velosipedlər” qrupu 2,7 faiz, “Foto-kino avadanlıqları və optik cihazlar” qrupu 0,5 faiz, ”Məlumatın işlənməsi üçün avadanlıqlar” qrupu 0,1 faiz, “Dəftərxana ləvazimatı və şəkil çəkmək üçün ləvazimat” qrupu 2,1 faiz, “Şəxsi gigiyena üçün digər məmulatlar” qrupu 0,1 faiz, “Sair şəxsi istifadə əşyaları” qrupu 0,6 faiz bahalaşıb.

2018-ci ilin noyabr ayında oktyabr ayına nisbətən “Paltarların təmizlənməsi, təmiri və kirayəsi” qrupu 0,5 faiz, “İcarəçi tərəfindən faktiki ödənilmiş icarə haqqı“ qrupu 0,4 faiz, “Avtomobillərin təmiri” qrupu 0,7 faiz, “Restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə xidmətləri” qrupu 1,4 faiz, “Mehmanxana xidməti” qrupu 1,7 faiz, “Bərbərxana və kosmetik xidmətlər” qrupu 0,5 faiz, “Sadalanan kateqoriyalara aid edilməyən digər xidmətlər” qrupu 1,0 faiz bahalaşıb.


Bakıda bu məhsullar bahalaşdı- SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ