EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:27.04.2017 15:15:25

Dünən Bakıda "Boşanma" mövzusunda çəkilən sosial klipin təqdimat mərasimi keçirilib.

Dünən Bakıda "Boşanma" mövzusunda çəkilən qısametrajlı filmin təqdimat mərasimi keçirilib. Ekran işi "Dünyada bir gün" adlanan layihə çərçivəsində ərsəyə gəlib.

İslamazeri.com xəbər verir ki, layihə rəhbəri və rejissor Natiq Axund çıxışı zamanı bildirib ki, filmin hazırlanmasına səbəb son illər ölkədə boşanma hallarının çoxalması olub. 

"Film ibrətamiz olduğu üçün biz bunu "Dünyada bir gün" adlı layihəyə daxil etdik. Bu mövzuya müraciət etməyimiz heç də təsadüfi deyil. Bildiyiniz kimi, boşanma halları çoxalıb. Bu səbəbdən belə bir ekran əsərini ərsəyə gətirdik", - Natiq Axund bildirib.

Ardınca tədbirdə iştirak edən filosof Mail Yaqub Azərbaycanda belə hadisələrin çoxaldığını qeyd edib. Bunun müxtəlif səbəblərinin olduğunu söyləyən M.Yaqub bildirib ki, ailənin təməli qadından asılıdır: "Düşünürəm, əgər xanım istəyərsə, ailə bərqərar olar, istəməzsə, ailə dağılar". 

Daha sonra film qonaqlara nümayiş olunub.

Qeyd edək ki, bundan öncə rejissor Natiq Axund layihə çərçivəsində "Möcüzə" və "Ramazan payı" adlı qısametrajlı filmləri ərsəyə gətirib. Layihəyə görə, filmlər həyat hekayələri əsasında hazırlanır.




Bakıda "Boşanma" filminin təqdimatı keçirildi - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şri-Lankadakı terrorlarla bağlı DƏHŞƏTLİ FAKT üzə çıxdı
    Bu haqda Şri-Lanka ordusunun keçmiş komandanı bəyan edib.
     24.04.2019
    Rusiyadan həyəcan təbili: İŞİD yenidən xortlaya bilər!
    “Fəratın o tayındakı ərazilər hələ də təcrid edilmiş ərazilər olaraq qalmağa davam edir"
     24.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ