EURO 1,9267 NEFT 68,23
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.06.2018 12:55:24

MTK sahibləri bu işləri guya Nazirlər Kabinetinin qərarı əsasında gördüklərini iddia edir, amma...

MTK sahibləri bu işləri guya Nazirlər Kabinetinin qərarı əsasında gördüklərini iddia edir, amma...

Bakıda bir müddətdir ki, müxtəlif Mənzil Tikinti Kooperativləri köhnə məhəllələrin boş qalan ərazilərində çoxmərtəbəli binalar tikirlər. Bu isə sakinlərin narazılığına səbəb olur. Vətəndaşlar bildirirlər ki, bir neçə beşmərtəbəli binanın həyəti olan bu ərazilərdə onların uşaqları oynayırlar, özləri dincəlirlər. Hər hansı bir MTK-nın gəlib bu boş yerdə çoxmərtəbəli bina ucaltması isə onların rahatlığını pozur.

Narazılıqlara rəğmən son vaxtlar paytaxtda beşmərtəbəli binaların arasında göydələnlər ucaldılması ənənə halını alıb. Hətta bəzi MTK-lar hətta binaların həyətindəki obyektləri, xeyir-şər evlərini söküb, orada-dar bir ərazidə bina tikirlər.

Əksər MTK-lar bildirirlər ki, onlar Nazirlər Kabinetinin qərarı əsasında bu tikintini aparırlar. Əslində isə məsələ heç də belə deyil: Nazirlər Kabinetinin qərarı əsasında aparılan tikinti işləri, sökülən 2 və 5 mərtəbəli binaların yerində aparılır. Yəni burada hansısa binanın həyətinin zəbt edilməsi hallarına rast gəlinmir. Sadəcə olaraq MTK sökdüyü binanın sakinlərini müvəqqəti olaraq kirayə mənzillərə çıxarıb, onların kirayə haqqını ödəyir. Bina hazır olduqdan sonra isə həmin tikilidən sakinlərə mənzil verir. Bu mənzillərin sahəsi isə adətən sakinlərin əvvəlki mənzillərinin kvadratından 10 faiz çox olur. Hazırda metronun “Qara Qarayev” stansiyasi yaxınlığında aparılan söküntü-tikinti işləri Nazirlər Kabinetinin pilot layihəsi əsasında həyata keçirilir.

Azərbaycanda inşaatla bağlı konkret normalar var. Belə ki,  inşaat normalarına görə, binalar arasındakı məsafə ən pis halda onların hündürlüklərinin yarısı qədər olmalıdır.

Natiq Cəfərli ile ilgili görsel sonucu

İslamazeri.com xəbər verir ki, “Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli bildirdi ki, binaların arasındakı ara məsafəsi həm də təbii və qeyri-təbii fəlakətlər zamanı önəm daşıyır:

“Azərbaycanda tikinti aparan zaman bunu 14 idarə ilə razılaşdırmalısan. Həm təbii fəlakətlər zamanı binaların uçma trayektoriyası nəzərə alınmalıdır ki, bir-birinin üzərinə uçmasınlar, həm də yanğın baş verərsə, binaya tez bir zamanda yaxınlaşıb, bunun qarşısını almaq üçün imkan olmalıdır. Bütün bunlar da standartlarla tənzimlənir. Ancaq ümumilikdə isə binalar bir-birindən minimum 50 metr məsafədə tikilməlidir. Bakıda indi elə bir vəziyyət yaranıb ki, heç bir standartlar, tikinti təşkilatları tərəfindən təsdiqlənən standartlar yerinə yetirilmir. Bunun nəticəsində isə həm təhlükəsizlik qaydaları pozulur, həm də sakinlərin hüquqları qorunmur. Xüsusilə də ən böyük problem də təhlükəsizlik məsələsidir ki, buna da əməl edilmir. Xatırladıram ki, Bakı şəhəri aktiv seysmik zona olmasa da 2000-ci ildə ciddi zəlzələ baş vermişdi. Mütəxəssislərin hesablamalarına görə, Bakı şəhərində belə bir hadisələrin təkrarlanması ehtimalı da çox yüksəkdir. Bu baxımdan söyləyə bilərik ki, məsələ yalnız sakinlərin narahatlığından ibarət deyil. Doğrudur, bu da vacib amildir. Çünki məhəllələrdə tikilən binalar həm insanların gediş gəlişinə maneə yaradır, həm də toz-torpaq, səs-küy onların normal yaşamlarını pozur. Həm də qeyd etdiyim kimi  təhlükəsizlik qaydalarına əməl olunmaması gələcəkdə ciddi problemlərə yol aça bilər. Məsələ burasındadır ki, tikintiyə nəzarət etməli olan qurumların heç biri bu məsələ ilə maraqlanmırlar. Nəticə olaraq Bakıda təqribən 1990-cı illərin sonlarından bu günə qədər xaotik tikinti bumu yaşanır. Hələ də vəziyyət davam etməkdədir”.

Ekspert bildirib ki, Nazirlər Kabinetnin layihəsi tamamilə başqadır:

“Onlar ”xruşşovka" adlanan köhnə binaların söküntüsü və yerində çoxmərtəbəli binaların tikintisi ilə məşğuldurlar. Bakı şəhərində artıq 80 ilə yaxın yaşı olan, köhnəlmiş binalar var. Ona görə də həmin binaların yerində çoxmərtəbəli tikililər ucaldırlar. Belə bir layihələrin olması normaldır. Hazırda metronun “İnşaatçılar” stansiyasının yaxınlığında da həmin layihə əsasında tikintilər aparılır. Bəzi hallarda isə mənzil tikinti idarələri və yaxud da şirkətlər, bu proyektdən istifadə edərək, öz tikintilərini aparmağa çalışırlar. Ancaq burada məsələ onların istəkləri deyil. Məsələ odur ki, nəzarət etməli olan xeyli sayda qurum olsa da, onlar, öz işlərinin öhdəsindən gəlmirlər. Nəticədə də bu kimi mənzərələr ortaya çıxır ki, sakinlər aksiya keçirməli olurlar".


Bakıda binaların həyətini zəbt edənlər kimlərdir...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Abel Məhərrəmov konfransda kefli çıxış edib” - Deputat təsdiqlədi
    Yayılan məlumatlar arasında keçmiş rektorun İspaniyada keçirilən konfransda sərxoş halda çıxış etməsinə dair söyləntilər də yer almaqdadır.
     16.11.2018
    200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq
    “Sosial sığorta haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur.
     16.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ