Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.05.2022 14:50:31

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

“Bakı Marafonu - 2022” tədbiri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq mayın 15-də paytaxtda 23 marşrutun hərəkət sxeminə dəyişiklik ediləcək.

Bu barədə "İslamazeri.com"a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, dəyişikliklər aşağıdakı kimi olacaq:

- 1, 2, 4, H1 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri Y.Səfərov küç. istiqamətində dəyişdirilərək Puşkin - Nizami - Y.Səfərov küçələri ilə təşkil ediləcək;

- 5 və 88 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi “28 May” metro stansiyası (Puşkin küç.) olmaqla təşkil ediləcək;

- 6 nömrəli marşrutun fəaliyyəti 2 istiqamət üzrə - yəni 20-ci Sahə y/m (F.Ö.Nemanzadə küç.) - "İçərişəhər" metro stansiyası və Axundov bağı - “Azadlıq prospekti” metro stansiyası istiqamətində təşkil ediləcək;

- 10 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Xocalı pr. (“Xətai” metro stansiyası) olmaqla, fəaliyyəti M.Müşfiq - A.Şaiq - Ş.Bədəlbəyli - D.Əliyeva - Puşkin - Nizami - Y.Səfərov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

- 18 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Ə.Cavad küç. (Nizami bağı) olmaqla, fəaliyyəti Ş.Şamil - İstiqlaliyyət - Azərbaycan pr. - Ə.Cavad - B.Sərdarov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

- 21, 32, 46, 175 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi 8 Noyabr pr.-də (Bakı Fransız Liseyi) olmaqla təşkil ediləcək;

- 30 və 49 nömrəli müntəzəm marşrutların fəaliyyəti D.Əliyeva - Nizami - Y.Səfərov küçələri ilə təşkil ediləcək;

- 53 nömrəli müntəzəm marşrutun son dayanacaq məntəqəsi B.Sərdarov küç. (Axundov bağı) olmaqla təşkil ediləcək;

- 61 nömrəli müntəzəm marşrutun fəaliyyəti S.Vurğun - Ş.Bədəlbəyli - R.Behbudov - S.Əsgərova küçələri ilə təşkil ediləcək;

- 65 nömrəli müntəzəm marşrutun fəaliyyəti Lermontov küç. - Ş.Şamil küç. - İstiqlaliyyət küç. - Azərbaycan pr. ilə təşkil ediləcək;

- 125, 127 və 205 nömrəli müntəzəm marşrutların fəaliyyəti Bakı Dairəvi Avtomobil yolu ilə təşkil ediləcək;

- 120 və 149 nömrəli müntəzəm marşrutların fəaliyyəti Yeni Salyan yolu - Bibiheybət yolu - 20-ci Sahə dairəsi, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.


Bakıda 23 marşrutun hərəkət sxeminə dəyişiklik ediləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında çıxış edib
    Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.
     23.05.2022
    Nazirlik: IV siniflərdə monitorinq keçiriləcək
    İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ