EURO 1,8952 TRY 0,2775
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:13.03.2019 14:24:06

Bakıda orta məktəbdə çalışan gənc müəllimə qəfil dünyasını dəyişib.

Bakıda orta məktəbdə çalışan gənc müəllimə qəfil dünyasını dəyişib.

İslamazeri.com baku.ws-ə istinadən xəbər verir ki, hadisə martın 4-də qeydə alınıb. Belə ki, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbində çalışan 22 yaşlı Gülnar Balarza qızı Əliyeva dünyasını dəyişib.

Hadisə səhər saat 4-də 3 saylı Sabunçu xəstəxanasında baş verib. Ondan bir gün əvvəl, martın 3-də Gülnar Əliyevanın dərs zamanı halı pisləşib.

Dərhal onun üçün təcili yardım çağırılıb. Həkimlərin köməyilə müəlliməni xəstəxanaya aparıblar. Axşam saatlarında Gülnar Əliyevanın vəziyyəti yaxşılaşıb və evə buraxılıb.

Martın 3-dən 4-nə keçən gecə isə onun halı yenidən pisləşib və 3 saylı Sabunçu Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq səhər saatlarında onun həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, Gülnar Əliyeva fiziki tərbiyə müəllimi işləyirdi. Gənc kadr olmasına baxmayaraq, məktəbdə onun böyük hörməti olub. Məktəb direktoru Azər Ələkbərov bildirib ki, Gülnar Əliyeva işinə məsuliyyətli və bacarıqlı müəllimə idi.

"Keçən tədris ilindən məktəbimizdə açıq dərs elan olunmuşdu. Onun üçün də açıq dərs təyin etmişdi. Əvvəlcə həyəcanlı idi. Lakin onun açıq dərsi yüksək səviyyədə keçdi. O, həm də 8 Ə sinifinin sinif rəhbəri idi”, - deyə Azər Ələkbərov bildirib.

Gülnar Əliyeva məktəbdə dəfələrlə yarışlar təşkil edib. Şagirdlər də onun xətrini çox istəyirdi. Məktəbdə onun ölümü ilə bağlı guşə yaradılıb. Onun şagirdləri şagirdlər sevimli müəllimlərinə vida sözlərini yazaraq həmin guşayə qoyublar. Sonradan həmin məktublar Gülnar Əliyevanın atasına verilib.

Qeyd edək ki, Gülnar Əliyeva 5 ay əvvəl ailə qurub. Onun həmişə aşağı təzyiqdən əziyyət çəkdiyi bildirilir.


Bakıda 22 yaşlı müəllimə dərs vaxtı dünyasını dəyişib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ Rusiyadan İrana
    ABŞ-lı rəsmi Rusiyaya İranla bağlı çağırış edib.
     23.05.2019
    Suriya ordusu vəhabilərin “belini qırmağa” hazırlaşır
    “Suriya ordusu çağırış mesajlı çox sayda kağız səpib”
     23.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ