EURO 1,9876 NEFT 78,5
USD 1,7 RUB 0,0249
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:25.06.2018 11:12:07

Bu vaxta kimi konteynerlər vasitəsi ilə yüklərin daşınması həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk dəfə olaraq yük vaqonları ilə nəql edilib.

Bu vaxta kimi konteynerlər vasitəsi ilə yüklərin daşınması həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk dəfə olaraq yük vaqonları ilə nəql edilib.

“AzRusTrans” QSC “ADY Express” MMC ilə birgə Rusiyadan Qarsa taxılı, xüsusi taxıldaşıyan vaqonlar (xopper) vasitəsi ilə nəql etməyə müvəffəq olub. 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra, Qarsa yola salınıb. Yüklər artıq Qars stansiyasına çatdırılıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunda bu vaxta kimi yüklər ancaq konteyner vasitəsi ilə daşınıb. Axalkalaki stansiyasında konteynerlər digər Türkiyədən daxil olan platformalara aşırıldıqdan sonra, yolunu davam etdiriblər.

2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.

İslamazeri.com


Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Daha bir şöbə müdiri işdən çıxarıldı
    Eldar Əzizov daha bir şöbə müdirini işdən çıxardı
     19.09.2018
    Birləşmiş Ərəb Əmirlikləri İraqda İŞİD-ə dəstək verməyə davam edir
    Birləşmiş Ərəb Əmirlikləri İraqda İŞİD terror təşkilatına qarşı yardımlarını davam etdirir.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ