Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.11.2021 17:01:53

"Bütün məktəblərin həyətində polis dayana bilməz. Vətəndaşlara üz tutub deyirəm ki, diqqətli olsunlar", - deyə BŞPİ-nin baş inspektoru Kəmalə Ələkbərova bildirib.

Uşaqlar daha çox ailədə zorakılığa məruz qalır.

İslamazeri.com xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova bildirib.

O qeyd edib ki, Azərbaycanda uşaqların zorakılığa məruz qalması ilə bağlı faktlar var.

"Bu gün psixoloqların yardımına böyük ehtiyac var. Çünki cütlüklər tələsik ailə qururlar. Bəzən hətta 30 yaşında evlənənlər belə ailənin nə olduğunu dərk etmir, ailə planlaması şüurlu şəkildə aparılmır. Bu da gələcəkdə problemlərin yaranmasına gətirib çıxarır", - deyə K.Ələkbərova qeyd edib.

 

Kəmalə Ələkbərova məktəblinin qaçırılması hallarından da danışıb. Qeyd edib ki, belə hallar çox deyil.

"Çox vaxt belə hadisələr boşanan valideynlərin ailələrində baş verir. Ailələr boşanan zaman düşmən kimi boşanırlar. Ata deyir ki, övladımı sənə göstərmək istəmirəm. Tutaq ki, ana evdən uşağı aparır, deyirlər ki, uşaq oğurlanıb. Elə xırda nüanslar var ki, onu şişirdib başqa cür də verə bilərlər.

O ki qaldı məktəblərin təhlükəsizliyi ilə bağlı resurslara - kameralara, harada ehtiyac olursa, təmin olunur. Hansı hallarda ki, yoxdur, valideynlər məktəb rəhbərliyinə müraciət edə bilərlər. Bəzi neqativ halları görmək üçün məktəblərin özlərinin təşəbbüsü olmalıdır. Bütün məktəblərin həyətində polis dayana bilməz. Vətəndaşlara üz tutub deyirəm ki, diqqətli olsunlar" - deyə, baş inspektor qeyd edib.


Bakı Şəhər Baş Polis İdarəsi valideynlərə müraciət edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ