EURO 1,8737 TRY 0,2585
USD 1,7 RUB 0,0214
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:25.11.2019 10:32:17

Abşeron rayonunda qardaş öz bacısının boğazını kəsərək qətlə yetirməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Abşeron rayonunda qardaş öz bacısının boğazını kəsərək qətlə yetirməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə “Report”a açıqlamasında Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, noyabrın 24-də saat 17 radələrində Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin Babək Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzalıyevanı qəsdən öldürməsini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, A.Fərzalıyevanın azyaşlı körpəsi var.


Bakı qəbirstanlığında dəhşətli qətl; Bacısının başını kəsdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 18 metrlik avtobuslar xəttə buraxıldı - FOTO
    Bakıda fəaliyyət göstərən ekspres marşrut xətlərinə yeni avtobuslar buraxılıb.
     31.03.2020
    Müdafiə Nazirliyi tərxis və çağırış haqqında QƏRAR verdi
    Çağırış mayın 31-dək uzadılır, tərxis aprelin 20-25-i reallaşacaq
     31.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ