Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:26.11.2021 15:56:28

"Ermənistandan indi Rusiyaya başsağlığı verilsə, bu, “qazı bitmiş mineral suya” bənzəyəcək".

“Bakı növbəti dəfə İrəvanı qabaqlayıb”.

İslamazeri.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, dünən Rusiyanın Kemerovo vilayətində mədəndə baş vermiş faciə ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev dünən, Xarici İşlər Nazirliyi isə bu gün Rusiyaya öz başsağlığını verib.

Bildirilir ki, İlham Əliyevin ünvanladığı başsağlığı məktubu həm Azərbaycan, həm də Rusiya mediası tərəfindən dərc olunub. Bununla belə, nə Ermənistanın Baş nazirinin, nə də Xarici İşlər Nazirliyinin saytında Rusiyaya ünvanlanan başsağlığına rast gəlmək mümkün olmayıb. 

“Rusiya bizim üçün strateji tərəfdaşdır. İnsanlıq bir yana, rəsmi başsağlığı xüsusilə də bu gün Soçidə keçiriləcək üçtərəfli görüş fonunda diplomatik bir addımdır. Bu kiçik bir detal kimi görünsə də, lakin belə deyil. Bakı yenə İrəvanı qabaqladı. Və Ermənistandan indi Rusiyaya başsağlığı verilsə, bu, “qazı bitmiş mineral suya” bənzəyəcək. İrəvanın bu yöndəmsiz işi nə qədər davam etdirəcəyi isə məlum deyil”, - deyə qəzet yazıb.

Qeyd edək ki, Rusiyada mədəndə baş verən partlayış nəticəsində 52 nəfər həlak olub, daha  63 nəfər xəsarət alıb.


"Bakı növbəti dəfə İrəvanı qabaqladı" - ERMƏNİ MƏTBUATI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Buraxılış imtahanlarının vaxtı açıqlandı
    Dövlət İmtahan Mərkəzi tam (11 illik) və ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının vaxtını açıqlayıb.
     24.01.2022
    DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ