Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən məktəblərdən birindən oğurluq edilib.

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən məktəblərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məktəb rəhbərliyi Suraxanı Rayon Polis İdarəsi (RPİ) 32-ci Polis Bölməsinə müraciət edərək informatika otağından 7500 manat dəyərində kompüter avadanlıqlarının oğurlandığını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Məmmədov saxlanılıb. O, ifadəsində oğurluq etdiyini etiraf edib.
Bakı məktəbindən 7500 manatlıq kompüter oğurlayan şəxs saxlanılıb - FOTO