EURO 1,9801 NEFT 72,05
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:11.07.2018 09:46:51

Azərbaycan Prezidenti: İlin sonuna qədər Bakı-Gəncə sürət qatarının xəttə buraxılması nəzərdə tutulur

"İlin sonuna qədər Bakı-Gəncə sürət qatarının xəttə buraxılması nəzərdə tutulur."

İslamazeri.com-un məlumatına görə, bunu iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, görülmüş işlər arasında böyük əhəmiyyət daşıyan dəmir yolu layihələridir:

"Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə biz demək olar ki, Şərq-Qərb dəhlizini işə saldıq. Ələt limanının fəaliyyətə başlaması demək olar ki, bu zənciri belə tamamladı. İndi biz digər layihələr üzərində işləyirik. Bakı-Yalama dəmir yolunun modernləşdirilməsi layihəsi icra edilir. Gələn ildən başlayaraq biz Bakı-Astara yolunun modernləşməsinə də başlamalıyıq. Beləliklə, biz Şimal-Cənub nəqliyyat dəhlizini daha da sürətləndirəcəyik. Düzdür, indi dəmir yolu var, yüklər gedir, ancaq sürət aşağıdır. Sürəti artırmaq üçün bu istiqamətdə işlər görüləcək".

İlham Əliyev bildirib ki, Bakı-Qəbələ dəmir yolunun tikintisi layihəsi icra edilir: "Bu da turizmin inkişafına böyük dəstək olacaqdır. Bakı-Gəncə sürət qatarının xəttə buraxılması ilin sonuna qədər nəzərdə tutulur. Belə olan halda hesab edirəm ki, vətəndaşlar Bakıdan Gəncəyə rahat, komfortlu qatarlarla getməyə üstünlük verəcəklər. Ən qabaqcıl firmaların sərnişin qatarları da alınır".

Prezident əlavə edib ki, şəhərətrafı dəmir yolunun tikintisi layihəsi uğurla icra edilir: "Nəzərə alsaq ki, gələcəkdə Azərbaycan ərazisindən yükdaşımaların həcmi artacaq, hesab edirəm, Azərbaycanda vaqonlar və konteynerlər istehsalı öz həllini tapmalıdır. Mən sahibkarlara müraciət edirəm ki, bu sahəyə diqqət göstərsinlər. Çünki bu, çox gəlirli sahə olacaqdır. Bunun əsas bazarı Azərbaycan olacaq. Çünki konteyner daşımaları dəfələrlə artacaq. Bizdə isə konteyner çatmır. Yükləri öz təşəbbüsümüzlə gətirmək üçün biz gərək konteyner parkına malik olaq. Ona görə, konteynerlərin istehsalı həm sahibkarlar üçün, həm dövlətimiz üçün çox vacib məsələdir. Hesab edirəm ki, sahibkarlar buna ciddi fikir verəcəklər".


Bakı-Gəncə sürət qatarının xəttə buraxılacağı vaxt açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək
    Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycana səfər edəcək.
     19.07.2018
    Tramp Ərdoğana səsləndi: Bu tam bir biyabırçılıqdır...
    Tramp xristian keşiş üçün Ərdoğana səsləndi.
     19.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ