EURO 2,0067 NEFT 75,3
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:04.06.2018 16:53:32

Doğulan körpələrin 78-i əkiz, 2-si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1% təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 16,5 min nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 2266,0 min nəfərə çatıb.

 

Bakı Şəhər Statistika İdarəsindən İslamazeri.com-a verilən məlumata görə, əhalinin 49,7%-ni kişilər, 50,3%-ni qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 1058 nəfər olub.

 

Bu ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 7268 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,0 təşkil edir. Doğulan körpələrin 78-i əkiz, 2-si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1% təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

 

Bu ilin birinci rübündə Bakı şəhərində 3576 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi eyni qalıb (6,4).

 

2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 3077 nikah və 1142 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,3-dən 5,5 qədər yüksəlib, boşanmaların sayı isə 2,0 olub.


Bakı əhalisinin sayı açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın neft ixracatı azalıb
    İranın iyun ayının ilk yarısında xam neft ixracatı azalıb.
     18.06.2018
    Türk general Karakuş: S-400 sazişi ABŞ-ın təhdidlərinə reaksiyadır
    Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş generallarından Ərdoğan Karakuş Rusiyadan S-400 raketləri alqı müqaviləsinin ABŞ təhdidlərinə göstərilən reaksiya olduğunu bildirib.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ