EURO 1,9828 NEFT 72,87
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:21.12.2017 13:24:22

Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub

 Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə daxil olan məlumatla əlaqədar qatarlara bilet satışı dayandırılıb.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, vağzaldan bütün qatar reysləri təxirə salınıb. 

Bakı-Sumqayıt qatarı da vaxtında yola düşə bilməyib. 

Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat vağzalın məlumat mərkzəinə saat 12 radələrində daxil olub. 

 

Polisə zəng edən naməlum şəxs Bakı Dəmiryolu Vağzalının ikinci mərtəbəsində yerləşən restoranlardan birinə partlayıcı qoyulduğunu barədə məlumat verib.

 Bu barədə APA-nın hadisə yerində olan əməkdaşına "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib. Həmin məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat ötürülüb və əraziyə xilasedicilər gəlib, axtarışlara başlanıb.

 O qeyd edib ki, hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb.

 Əlavə edək ki, vağzalda şübhəli əşyanın axtarışlarına xüsusi təlim görmüş itlər cəlb edilib.

Bakı Dəmiryolu Vağzalında partlayıcı aşkarlanması barədə polisə məlumat daxil olub.

 APA-nın məlumatına görə, vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə polisə daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

 Hazırda mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilir. Məlumata görə, Bakı Dəmiryolu Vağzalında olan vətəndaşlar təxliyə edilib. Vağzalın ətrafı lentlə əhatəyə alınıb, içəri heç kim buraxılmır.


“Bomba həyəcanı” ilə bağlı “Azərbaycan Dəmir Yolları”nın və “ASAN Xidmət”in işçiləri təxliyyə olundu - FOTO, YENİLƏNDİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kılıçdaroğlu böhtan atdığı üçün Ərdoğana kompensasiya ödəyəcək
    Müvafiq qərarı İstanbul məhkəməsi çıxarıb.
     20.07.2018
    Bakıda məktəblilərin bu görüntüsü polisləri hərəkətə keçirdi - FOTO
    Bakıda məktəblilərin pivəxanada görüntüləri yayılıb.
     20.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ