"Miss Bağdad 2015"-in qalibi İraq paytaxtında öldürülüb

İslamazeri.com "al-arabiya"ya istinadən xəbər verir ki, İraq paytaxtında 3 il əvvəl "Miss Bağdad 2015" seçilmiş 30 yaşlı Tara Fares öldürülüb.
Məlumata görə, o, Bağdadın Sədr bölgəsi yaxınlığında başına iki, sinəsinə bir güllə vurularaq qətlə yetirilib.
Hazırda onu qətlə yetirənlərin axtarışı istiqamətində araşdırmalar başladılıb.
Məlumata görə, Tara Fares İraq kürdüdür və internetdə videobloqer kimi 2.7 milyon izləyicisi olub. Avropaya köçsədə, Ərbilə arada valideynlərini ziyarətə gəlirmiş.
"Bağdad gözəli" öldürüldü