EURO 2,078 NEFT 68,81
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:30.08.2017 15:23:07

“Babək 2020” filminin ilk tizeri ictimaiyyətə təqdim edilib.

Filmin quruluşçu rejissoru Zaur Tahirsoy, qrafika işləri üzrə rəhbəri isə Famil Əsədov öz öhdəsinə götürüb.

Rejissor Zaur Tahirsoy açıqlamasında bu filmin müasir standartlara cavab verəcəyini bildirib:

“Klassika hər zaman dəyərlidir, amma müasir dövrdə yeniliklər də çox önəmlidir. Çünki müasir insanın diqqətini cəlb etmək üçün zamana uyğun məhsul istehsal etmək lazımdır. Digər sahələr kimi film sənayesində də buna xüsusi diqqət yetirmək lazımdır. Elə bu səbəbdən "Babək 2020" layihəsinə start verdik.

Azərbaycanda bu layihənin öhtəsindən gələ biləcək potensial mütəxəsislər var. Sadəcə onlara imkan yaratmaq lazımdır. Mənim fikrimcə, bu layihə Azərbaycan gənclərində ruh yüksəkliyi yaradacaq, paralel olaraq onlarda həm vətənpərvətlik , həm də dövlətçilik əhval-ruhiyyəsinin yüksəlməsinə səbəb olacaqdır”.

Çəkilişlərə peşəkar Azərbaycan aktyorlarla yanaşı, əcnəbi aktyorların da dəvət edilməsi planlaşdırılıb.

Qeyd edək ki, filmin 2020-ci ildə yayımlanacağı nəzərdə tutulur


“Babək 2020” filmi çəkilir - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Karateçilərimiz Xorvatiyada 8 medal qazanıblar
    Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turniri keçirilib.
     22.01.2018
    Suriya Ordusundan
    Suriya Ordusu "Nusra Cəbhəsi"nə ağır zərbələr endirib
     22.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ