EURO 1,8856 TRY 0,3045
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:06.02.2019 13:35:00

Yeni TV və Radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.

Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman Azərbaycan”da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək. Yeni TV və Radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.

Məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.

Bədii Şurada müğənni, xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Siyavuş Kərimi, bəstəkar, xalq artisti Faiq Sücəddinov, xanəndə, xalq artisti Mənsum İbrahimov, şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, xalq artisti Təranə Muradova, tarzən, xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.


AzTV-nin nəzdində bir qrup tanınmış şəxsin daxil olduğu Bədii Şura yaradılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD Kabildə toyda partlayışa görə məsuliyyəti öz üzərinə götürüb
    ŞİD teror qruplaşmasının Əfqanıstandakı bölməsi Kabildə toy zamanı 63 nəfərin ölümü, 183 nəfərin yaralanması ilə nəticələnmiş bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
     19.08.2019
    Şəmkirin Sarıtəpə kəndindəki yanğında ana ölüb, nənə ağır vəziyyətdədir
    Şəmkirin Sarıtəpə kəndində ailə münaqişəsi zəminində, ərin bazar günü həyat yoldaşının ata evini yandırması nəticəsində öncə övladı, həyat yoldaşı isə sonradan xəstəxanada vəfat edib.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ