EURO 1,9921 NEFT 72,06
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.09.2017 17:15:19

Azərsu ASC Suraxanı rayonu ərazisində məscidi maşınlar üçün qaraja çevirib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Qaraçuxur -Yeni Suraxanı qəsəblərinə yeni iri tutumlu su xəttinin çəkilişi üçün tikinti və yenidənqurma işlərinə başlayıb. Ağır texnikaların cəlb olunduğu tikintidə qəsəbə sakinlərinin narazılığına səbəb olan hadisə baş verib. Yerli camahatın bizimyol.info-ya verdiyi məlumata görə "Azərsu" ASC ərazidə işləyən ağır texnikaların saxlanması üçün həmin yerdə olan məscidin həyətindən istifadə edir. Məsələyə müdaxilə edən sakinlər texnikaların Allahın evində saxlanmasını düzgün hesab etmir.

Bununla bağlı Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən də tədbir görülmür. Sakinlər məscidin ibadət etmək üçün yer olduğunu, belə addımın günah olduğunu bildiriblər. Suraxanı Neft-Qaz çıxarma idarəsinin yaxınlığında yerləşən məscid bir neçə il bundan əvvəl tikilməyə başlasa da, sonradan inşası başa çatdırılmayıb.

Qeyd edək ki, Qaraçuxur - Yeni Suraxanı qəsəblərinə yeni iri tutumlu su xəttinin çəkilişi üçün tikinti bir neçə ay əvvəl başlayıb. Tikinti işləri “Archico” şirkəti tərəfindən icra olunur.


"Azərsu" məscidin həyətini qaraja çevirdi - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriyalı kürdlər Mənbiçdən tamamilə çıxdı
    Suriyalı kürdlərin silahlı təşkilatı YPG qüvvələrinin bazar günü Mənbiç şəhərindən tamamilə çəkildiklərini bildirib.
     17.07.2018
    Tənha səyahət edən qadın və ya kişilər müsəlman ölkələrini seçirlər - ARAŞDIRMA
    Təkbaşına səyahət edən turistlərin seçdiyi ölkələrlə bağlı araşdırma aparılıb.
     17.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ