1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:09.11.2018 10:22:16

"Azərkosmos” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 676,223 mln. manat təşkil edib.

"Azərkosmos” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 676,223 mln. manat təşkil edib.

"Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 15% çoxdur.

2017-ci ildə "Azərkosmos”un cəmi öhdəlikləri 8,7% artaraq 811,772 mln. manata çatıb, cəmi kapitalındakı çatışmazlıq isə 14,6% azalaraq 135,549 mln. manata düşüb. Qeyd edək ki, əvvəlki il olduğu kimi, ötən il də şirkətin öhdəlikləri aktivlərini üstələyib.

2017-ci ildə "Azərkosmos”un satışdan gəlirləri 37,087 mln. manat (32,4% çox), xidmətlərinin maya dəyəri 33,727 mln. manat (10,5% çox), ümumi və inzibati xərcləri 8,248 mln. manat (27,2% çox), maliyyə xərcləri 13,808 mln. manat (83,8% az), maliyyə gəlirləri 5,205 mln. manat (0,2% az), digər xərcləri 2,608 mln. manat (bundan əvvəl gəlir olub) təşkil edib.

Son nəticədə "Azərkosmos” ötən ili 16,098 mln. manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 5 dəfə azdır. Bununla belə, şirkətin yığılmış zərəri 5,5% artaraq 308,154 mln. manat olub.

Xatırladaq ki, "Azərkosmos” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 63 610,6 min manatdır.


“Azərkosmos”un zərəri 308 milyon manatı ötüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ