Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.05.2022 17:39:25

"Abonent məmnunluğunun artırılması səbəbi ilə yaxın günlərdə daha bir yenilik abonentlərin xidmətində olacaq".

“Bu gün SOCAR “Azəriqaz” İstehsalat Birliyi olaraq Bakı şəhərində fəaliyyət göstərən 3 “ASAN Kommunal” mərkəzində, regionlarda xidmət göstərən 14 “ASAN xidmət” mərkəzində abonentlərə 21 növ fərqli xidmət göstəririk. Abonent məmnunluğunun artırılması səbəbi ilə yaxın günlərdə daha bir yenilik abonentlərin xidmətində olacaq”.

“Azəriqaz”dan "İslamazeri.com"a verilən məlumata görə, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadə “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Şöbə rəisinin sözlərinə görə göstərilən 21 xidmətin vətəndaşlar tərəfindən ən çox istənilən 8-i barədə, istənilən şəxs yaxın zamanda elektron xidmət formasında “Azəriqaz” İB-nin rəsmi internet səhifəsinə müraciət edərək heç bir yerə getmədən, vaxt itirmədən gün ərzində həmin xidməti tam şəkildə elektron qaydada geri ala biləcək.

Media nümayəndəsinin sosial şəbəkə üzərindən ağıllı sayğacların quraşdırılması, həmin sayğacların harada istehsal olunması ilə bağlı ünvanladığı sualı Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov cavablandırıb. “Bu işlərə 2021-ci ildə başlanılıb. İlk növbədə pilot layihə olaraq bu qurğuların hündür mərtəbəli binalarda quraşdırılması təmin olunub. Bu ilk dəfə olduğu üçün heç də asan proses deyil. Burada proqram təminatının qurulması və s. işlər mərhələli şəkildə görülməlidir” - deyə, şöbə rəisi bildirib. Həmçinin Rövşən Məhyəddinov bu prosesin ilkin olaraq podratçılar tərəfindən MTK tipli binalarda quraşdırıldığından hələki bu qurğuların xaricdən alındığını qeyd edib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev regionlarda hələ də bir sıra təhsil ocaqlarının qazlaşdırılmaması ilə bağlı suala aydınlıq gətirib. Şöbə rəisinin sözlərinə görə, SOCAR “Azəriqaz” İB olaraq bu məsələdə bir sıra problemlə qarşılaşırıq. Ya sənədləşmə, ya da müraciət formaları düzgün aparılmır. “Təhsil Nazirliyi səviyyəsində müraciət daxil olmalıdır və bundan sonra biz həmin məktəbin şəraiti ilə tanış oluruq. Əgər orada qazanxana, standartlara uyğun şərait yoxdursa, SOCAR “Azəriqaz” İstehsalat Birliyi olaraq həmin təhsil ocaqlarının qazlaşdırılmasına bizim ixtiyarımız yoxdur. Orada lazımi şəraitin olmaması istənilən an təhlükə yarada bilər. Baş verə biləcək bədbəxt hadisələrin qarşısını öncədən almaq üçün bu məsələlərə bir az həssas yanaşırıq” - deyə, şöbə rəisi vurğulayıb.


“Azəriqaz”: Yaxın günlərdə daha bir yenilik abonentlərin xidmətində olacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında çıxış edib
    Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.
     23.05.2022
    Nazirlik: IV siniflərdə monitorinq keçiriləcək
    İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ