Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:22.10.2021 15:31:35

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında qaz sərfiyyatının azaldılması barədə danışıb.

"Bu ilin iyulun 1-də əhali qrupu üçün təbii qaz tariflərinə bir dəfə baxılmışdı. Bu tarixdən biz gözləyirdik ki, hansısa ayda və ya rübdə qazın sərfiyyatının azalması prosesi getsin".

İslamazeri.com-un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

"Düzdür, ilin üçüncü rübündə hər abonent üzrə 9 kubmetr qazın sərfiyyatının azalması qeydə alınıb. Misal üçün, bu ilin oktyabr ayındakı qaz sərfiyyatı ötən ilin oktyabr ayındakı orta səfiyyatdan fərqlidir. Bu da bu ilin oktyabr ayında havaların temperaturunun aşağı olması ilə bağlıdır. Artıq bu ilin oktyabr ayında ötən ilin oktyabr ayından fərqli olaraq təxminən hər abonent üzrə 16 kubmetr təbii qazın işlənilməsi gözlənilir”, - R. Əliyev qeyd edib.

Onun sözlərinə görə, bunun üçün də təkcə qiymət artımı ilə bu nəzəriyyəni tutmaq olmur: “Çünki burada havanın temperaturu qazın sərfiyyatına birbaşa təsir edir. Pilləli tariflərə keçiddən sonra əhali abonentlər arasında qazın səmərəli istifadə edilməsi ilə bağlı addım atılıb. Hər bir abonent çalışır ki, daha aşağı tarifli qazdan istifadə etsin. Hər bir abonent çalışır ki, qazdan səmərəli istifadə etsin”.


"Azəriqaz": "Hər bir abonent çalışır ki..."

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ