EURO 1,8828 TRY 0,2982
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:29.08.2019 22:48:22

Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlak alırlar

2019-cu ildə əcnəbilər tərəfindən Türkiyədə daşınmaz əmlak alınmasında rekord qırılıb. Belə ki, Türkiyənin Statistika İdarəsinin məlumatına görə, 2019-cu ilin əvvəllərindən əcnəbilər 24 144 yaşayış obyekti alıblar, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 64,5% çoxdur. Ən çox İstanbulda daşınmaz əmlak satılıb - 11 min. Ankara, Bursa və digər şəhərlərdə də mənzil məşhurdur. Ən məşhur kurort Antalyadır, burada əcnəbilər ilin əvvəlindən 4857 obyekt alıblar.

Bu il ən fəal alıcılar İraq vətəndaşları olub - 4 mindən çox obyekt alıblar.

İkinci yerdə 2666 obyektlə İranlılar gəlir. Rusiyalı alıcılar 1479 obyektlə üçüncü yeri tutur.

Azərbaycan vətəndaşlarının bu fonda fəallığı təvazökar görünür: 2019-cu il ərzində onlar Türkiyədə 623 mənzil alıblar, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 28% çoxdur. 2018-ci il boyunca azərbaycanlılar Türkiyədə 1250 mənzil alıb.

2018-ci ildə əcnəbilər Türkiyədə 40 044 mənzil alıb ki, bu da 2017-ci illə müqayisədə 78,5% çoxdur. (turan.az)


Azərbaycanlılar Türkiyədə bu il keçən ilkindən daha çox mənzil alıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda yağışa görə sürət həddi endirildi
    Bakıda yağışa görə sürət həddi endirilib
     21.11.2019
    İsrail mediasının
    İsrail mediası ara-sıra İsrailin Suriyada İranı vurması ilə bağlı xəbərlər yayımlayır
     21.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ