EURO 1,8941 TRY 0,2634
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:29.01.2020 14:59:50

Azərbaycanın keçmiş XİN rəhbəri, İsveçrənin Lutsern şəhərində siyasi mühacirətdə olan Tofiq Qasımov 82 yaşında vəfat edib.

Azərbaycanın keçmiş XİN rəhbəri, İsveçrənin Lutsern şəhərində siyasi mühacirətdə olan Tofiq Qasımov 82 yaşında vəfat edib. Bu barədə məlumatı T.Qasımovun yaxın dostu, Müsavat Partiyasının fəalı Mirbaba Babayev yayıb.

“Tofiq Qasımov Azərbaycanın görkəmli siyasi xadimlərindən  və 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində milli demokratik hərəkatın liderlərindən biri olub. Ən çətin dövrlərdə Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

İxtisasca fizik-alim olan T.Qasımov  siyasi mübarizəyə qoşulub və Müsavat Partiyasını bərpa edənlərdən biri olub. Onun vəfatı Müsavat Partiyası, demokartik düşərgə, eləcə də Azərbayan xalqı üçün böyük itkidir”, - Müsavat Partiyasının sədri Arif Hacılı bildirib.

Onun sözlərinə görə, yaxın saatlarda dəfnin vaxtı və yeri məlum olacaq.

Tofiq Qasımov 1938-ci ildə Ağstafa rayonunda anadan olub. 1989-cu ildə Xalq Cəbhəsinin yaradıcılarından biri olub, təşkilatın İdarə Heyətinin üzvü olub. 1992-93-cü illərdə T.Qasımov Xalq Cəbhəsi hökumətində Xarici İşlər Nazirliyinin rəhbəri postunu tutub.

1995-ci ilin sentyabrında Xüsusi Təyinatlı Polis Dəstəsinin işi üzrə dövlət çevrilişinə cəhdə çağırış ittihamı ilə həbs olunub. 1996-cı il fevralın 22-də beynəlxalq təzyiq altında azadlığa buraxılıb. Sonradan Azərbaycanı tərk edib və İsveçrədə siyasi sığınacaq alıb.

Turan


Azərbaycanın keçmiş XİN rəhbəri mühacirətdə vəfat edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistani koronavirusdan ölənlərin kəfən, dəfn və digər məsələləri açıqladı - ƏTRAFLI
    İraq mediası Ayətullah Seyid Sistaninin koronavirusa yoluxaraq ölənlərin kəfən və dəfn edilməsi barədə suallara verdiyi cavabları yayımlayıb.
     29.03.2020
    Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür
    Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!
     29.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ