EURO 1,9635 NEFT 81,01
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. İnfo

Kateqoriya : İnfo

Yayınlanma tarixi:16.05.2017 15:08:37

1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycan kinosu tarixində çəkilən ilk filmlərdən biridir.

Məzmun


Kinosüjetdə Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunmuşdur.

 

Maraqlı faktlar


Kinosüjet avqustun 6-da Balaxanıda Benkendorfun neft fəhlə klubunda nümayiş etdirilmişdir.

Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını", Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır. 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri - "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır.

 

Mənbə


Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.

Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.

Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu - 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.

 

İzlə

 

Mənbə: Vikipediya


Azərbaycanın ilk FİLMİ - 1898-ci ildə çəkilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsmayıl Haniyə: Qəzzanın mühasirəsini qırmağa çalışırıq
    HƏMAS lideri İsmayıl Haniyə İstanbulda keçirilən Qüds iclasında etdiyi çıxışında, İslam ümmətinin Fələstin, Qüds və Məscidül-Əqsa məsələlərində daim həmfikir olduqlarını vurğulayıb.
     15.10.2018
    Bakının bu hissəsində villalar sürətlə ucuzlaşır - Təcili satış başladı
    Baş verən hadisədən sonra, yəni, dünəndən etibarən ərazi yaxınlığında yerləşən villa və obyektlərin satışı da xeyli artb.
     15.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ