1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:24.07.2019 00:24:05

Çərşənbə axşamı Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Çərşənbə axşamı Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyyət göstərəcəklər.

"Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir" - Müdafiə Nazirliyi bildirir.

NATO-nun "Qətiyyətli dəstək" missiyası 2015-ci ilin yanvarından həyata keçirilir.

1994-cü ildə Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ildən Azərbaycan FTƏP-ə qoşulub. (RFERL)


Azərbaycanın bir qrup sülhməramlısı Əfqanıstana yola salınıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yusif Məmmədov peşakar rinqdə Asiya çempionunu məğlub etdi - VİDEO
    Yusif Məmmədov peşəkar döyüş rinqlərində ölkəmizi təmsil etməkdədir.
     07.12.2019
    Azərbaycan nefti bahalaşmaqda davam edir
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     07.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ