1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:22.11.2018 17:11:33

Son dövrlər qərb təhsilli kadrların yüksək dövlət vəzifələrinə təyinatına tez-tez rast gəlirik.

Son dövrlər qərb təhsilli kadrların yüksək dövlət vəzifələrinə təyinatına tez-tez rast gəlirik. Onların arasında nazirlər, xidmət rəhbərləri, yüksək rütbəli məmurlar və digərləri var.
 
Azxeber.com Nazirlər Kabinetinin tərkibinə daxil olan qərb təhsilli məmurlarla bağlı araşdırma aparıb.
 
Vergilər naziri Mikayıl Cabbarov bakalavr təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində alsa da, magist təhsilini ABŞ-da alıb. 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki "Pasifik” Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.
 

Image result for Mikayıl Cabbarov

 

Vergilər naziri təyinatına qədər Təhsil naziri, İqtisadi inkişaf nazirinin müavini, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifələrini tutub.
 
Kənd Təsərrüfatı naziri İnam Kərimov orta məktəbin sonuncu sinfini ABŞ-ın İndiana ştatında "Richmond High School”da oxuyub. Ardınca  Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunsa da, 1998-2000-ci illərdə Fransanın "Strasburq" Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə "Sorbonna" Universitetində hüquq üzrə magistr təhsili alıb.
 

Nazir təyinatına qədər "Asan Xidmət”in rəhbəri, Prezident Adminstrasiyasında baş məsləhətçi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.
 
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsini bakalavr, "Harvard” Universitetinin John F. Kennedy adına idarəçilik məktəbini İnzibati idarəçilik üzrə magistr dərəcələri üzrə bitirib. Slovakiyada "Academia İstropolitana Nova”da İntensiv ətraf mühit iqtisadiyyatı, "Passau” Universitetinində Korrupsiya iqtisadiyyatı üzrə ixtisas artırıb.
 

Related image

 

Xidmət rəhbəri təyinatına qədər Milli Məclisin deputatı, Prezident Adminstrasiyasında baş məsləhətçi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibliyində məsləhətçi işləyib.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  Samir Nuriyev Azərbaycan Texniki Universitetini Mühəndis biznesi və menecment ixtisası üzrə bakalavr, ABŞ-ın "Dyuk” Universitetini Beynəlxalq inkişaf siyasəti üzrə magistr dərəcələri üzrə bitirib. BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi postunu tutub.
 

 

Komitə sədri təyinatına qədər Mənzil İnşaatı Dövlət Agentliyinin sədri, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi, İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru olub.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bakalavr təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında alsa da, magistr təhsilini Fransanın "Nitsa” Universiteti, Parisin "Neft və mühərriklər institutu”, İtaliyanın "Genuya” Universiteti ilə birgə "Ətraf mühit və neft sənayesi” ixtisası üzrə alıb.
 

Image result for Fuad Muradov

 

Komitə sədri təyinatına qədər Milli Məclisin deputatı, Gənclər Təşkilatları Milli Şurasının sədri, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü olub.
 
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, İngiltərənin "Birminhem” Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında magistr təhsili alıb. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
 

 

Xidmət rəhbəri təyinatına qədər Milli Turizm Təbliğat Bürosunun direktoru, "Bakı Dəmir-Beton" ASC-nin baş direktoru, "Paşa İnşaat" MMC-nin direktoru olub.
 
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini iqtisadiyyat ixtisası üzrə bakalavr, "Harvard Universitetinin” Con Kennedy adına Hökumət məktəbində dövlət idarəçiliyi üzrə magistr dərəcələri üzrə bitirib.
 

 

Bundan öncə Mərkəzi Bankın Baş direktoru, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün hökumət Komissiyasının sədri, Bank VTB ASC-nin Müşahidə Şurasının üzvü olub.

Azərbaycanın Avropa təhsilli yüksək səlahiyyətli məmurları: “Harvard”, “Sorbonna”, “Birminhem”...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Bakıda müsəlmanlar kilsəyə axın etdi - Foto
    Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.
     23.04.2019
    Nigeriyada polis 11 nəfəri öldürdü - SƏBƏB
    Hadisənin Qombe ştatında baş verdiyi qeyd edilir.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ