Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:27.01.2021 12:40:27

Xəbər verildiyi kimi İran XİN başçısı M. Zərif bir neçə gün öncə Azərbaycana səfərindən sonra İrəvana çatıb

İslamazeri.com xəbər verir ki, Məhəmməd Cavad Zərif  regiona olan səfərinin davamında bu gün çərşənbə yanvarın 27-i  İrəvana daxil olandan sonra çoxtərəfli əməkdaşlıqların bölgənin sülh və stabillyinin təmin edilməsində əhəmiyyətli təsir edəcəyini bildirib.

"Ermənistan, İran İslam Respublikasının qədim qonşu olkəsidir.", -deyə Zərif əlavə edib.

Rusiya və Azərbaycan rəsmiləri ilə görüş zamanı çoxtərəfli əməkdaşlığın müzakirə olunduğunu qeyd edən İranın xarici işlər naziri "Bölgə ölkələri arasında, xüsusi ilə iqtisadi sahədə əməkdaşlığa zəmin hazırdır.", -deyə bildirib İran mediası xəbər verir.

Ermənistan mediası isə ölkənin XİN başçısı Ara Ayvazyanın Zərifin təklif etdiyi "reqion ölkələrinin əməkdaşlıq mesajı"na mənfi cavab verdiyini bildirib.

"İndi bölgəmiz Azərbaycanın Qarabağ münaqişəsini güc yolu ilə həll etmək cəhdi nəticəsində yaranan yeni və ciddi problemlərlə üzləşir. Ermənistan Azərbaycanın Artsaxa təcavüzünün və güc tətbiqinin nəticələrinin uzunmüddətli sülh üçün zəmin yarada biləcəyinə və ya regional əməkdaşlıq üçün bir fürsət kimi qəbul olunacağına inanmır." - deyə Ara Ayvazyan bildirib.

İran XİN-nin  rəhbərinin region səfərinin növbəti istiqamətləri Gürcüstan və Türkiyə olacaq.

 


Azərbaycandan sonra İrəvana gedən Zərifə Ermənistan XİN başçısı nə dedi?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin:
    Rusiya prezidenti Vladimir Putin Livandakı vəziyyətin dinc və sülh yolu ilə yoluna qoyulmasının tərəfdarı olduğunu bəyan edib.
     22.10.2021
    Zakir Həsənov azad olunmuş rayonlarda hərbi təyinatlı obyektlərin açılışında iştirak edib
    "Yeni inşa edilən poliqonda hərbi qulluqçuların peşakarlığının daha da yüksəldilməsi məqsədi ilə təlim məşqləri həyata keçiriləcək”.
     22.10.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ