Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:8.12.2021 16:57:47

Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bu il ərzində uşaqlara ən çox verilən adları açıqlayıb.

"Bəzən valideynlər şikayət edir ki, onların övladlarına qoymaq istədikləri adlara icazə verilmir. Ancaq həmin adların izahı veriləndən sonra onlar da bu adları qoymaqdan imtina edir".

İslamazeri.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda bir övladının adı Yağmur olan valideyn, digər övladına Leysan adı qoymaq istəyirdi: "Ona adın həmin şəxsə gələcəkdə necə təsir edə biləcəyini izah etdikdən sonra vətəndaş razılaşdı. Valideynlər Ədliyyə Nazirliyinin saytına daxil olaraq oğlan və qız adlarını seçə bilərlər".

Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova isə bu il ərzində uşaqlara ən çox verilən adları açıqlayıb: "Bu il ən oğlan uşaqlarına ən çox Əli, Uğur, Yusif və Məhəmməd adları, qız uşaqlarına isə Zəhra, Aylin, Məryəm və Fatimə adları verilib".


Azərbaycanda yeni doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS:
    HƏMAS-ın Qəzzadakı yüksək rütbəli rəsmisi Mahmud əz-Zəhhar ərəb hökmdarlarının öz tac və taxtlarını qorumaq üçün ərəb ləyaqət və sülh tarixini unutduqlarını bildirib.
     22.01.2022
    DSX-nın hərbi qulluqçusu intihar edib
    Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, matros Ramil Rzaquliyev intihar edib.
     22.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ