1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:26.12.2018 09:35:01

Bunu mətbuat konfransında Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib.

"Azərbaycan vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı "vergi xəbərçiliyi" nəzərdə tutulub. Amma bununla bağlı mükafatlandırma mexanizmləri yoxdur”.

Azxeber.com xəbər verir ki, bunu mətbuat konfransında Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib.

S.Musayevanın sözlərinə görə, gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər: "Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır. Amma mükafatlandırılma mexanizmi yoxdur. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər".

Qeyd edək ki, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma ("Whistleblow”) mexanizmi beynəlxalq təcrübədə geniş tətbiq olunur. "Whistleblow” (fit verən) pozuntular barədə dövlət qurumlarına və ya ictimaiyyətə məlumat vermə deməkdir. "Whistleblower” isə pozuntu barədə məlumat verən şəxs deməkdir. Bu şəxslər həm də "İnformator” adlanırlar.

İslamazeri.com


Azərbaycanda vergidən yayınanlar barədə xəbər verənlərə mükafatlar verilə bilər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ