EURO 1,9008 TRY 0,2779
USD 1,7 RUB 0,0262
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:02.04.2019 17:27:34

Son bir ildə Azərbaycanda ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sosial sahəni əhatə edən genişmiqyaslı islahatlar həyata keçirililməkdədir.

Son bir ildə Azərbaycanda ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sosial sahəni əhatə edən genişmiqyaslı islahatlar həyata keçirililməkdədir.

İslamazeri.com “ölkə.az”a istinadən xəbər verir ki, bu islahatlar ölkə əhalisi tərəfindən çox müsbət qarşılanıb, təqdir olunmaqla yanaşı, islahatların daha da dərinləşməsini, daha geniş sahələri əhatə etməsini istəyirlər.

Bu gün ölkə ictimaiyyətini daha ciddi maraqlandıran məsələlərdən biri də uşaq pulunun bərpası məsələsidir. Bu gün Azərbaycanda praktikada, ancaq çox məhdud çərçivədə 3 yaşınadək uşaqlara uşaqpulu verilir.

Bu imtiyazdan ancaq bəzi dövlət qurumlarında çalışan valideynlər yararlanır və onlar 3 yaşınadək olan övladları üçün az miqdarda olsa da uşaq pulu alırlar. İndi cəmiyyətdə bu imtiyazdan cəmiyyətin bütün təbəqələrinin, hətta evdar qadınların belə yararlanması məsələsi gündəmə gəlib. Məsələ mütəmadi olaraq gündəmə gəlir. Lakin indiyədək bu məsələdə ciddi irəaliləyiş yoxdur.

Düzdür 3 yaşınadək olanlara uşaqpulunun verilməsi ilə bağlı işlərin getdiyi bildirilsə də, bunun nə zaman həyata keçirilərək reallaşdırlacağı bilinmir.

Ancaq ekspertlər, bəzi millət vəkilləri hesab edir ki, uşaq pulunun bərpası qısa zamanda reallaşdırılmalı və bu pul 3 yaşınadək deyil, uşaqlara 17 yaşınadək verilməlidir.

Onların fikrincə, 17 yaşınadək uşaq pulunun verilməsinin həm ölkədə demoqrafik vəziyyətin yaxşılaşmasına, həm də aztəminatlı ailələrin sosial müdafiəsinin daha da güclənməsinə xidmət edəcək. Belə praktikalar dünya ölkələrində mövcuddur.

Bir müddət öncə aprelin birindən etibarən ailələrdə 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat veriləcəyi barədə məlumat yayılsa da, sonradan Əmək və Əhalinin Sosial Müdafə Nazirliyi bu məlumatı təkzib edərək, bu məlumatların həqiqətə uyğun olmadığını bildirdilər.

İqtisadi və Sosial İnkişaf Mərkəzin rəhbəri Vüqar Bayramov açıqlamasında deyib ki, rəhbərlik etdiyi qurum uşaq pulunun bərpası ilə bağlı hökumətə təklif göndərib.

Onun sözlərinə görə, təklif edilən mexanizmə əsasən uşaq pulunun məbləği üç yaş qruplarına uyğun şəkildə müəyyənləşdirilir.

Təklifdə 3 yaşınadək uşaqlara aylıq 80 manat, 4 yaşdan məktəb yaşınadək olan uşaqlara ayda 50 manat, məktəblilərə isə ayda 40 manat ödənilməsi məsələsi əksini tapıb.

Ekspert bildirib ki, uşaq pulunun bərpası ilə bağlı mexanizm hazırlayan zaman onun real və rasional olmasına çalışmışıq:

“Bütün növ yaş qrupları təhlil edilib, tələb olunan maliyyə və eləcə də onun mənbələrini müəyyənləşdirilməklə yanaşı, bu ödənişlərin istehlak bazarında qiymətlərə təsirinin optimallaşdırılması ayrıca qiymətləndirilib.

Bizim mexanizmin özəlliyi məhz büdcədə ağırlıq yaratmadan və istehlak bazarında qiymət tarazlığını pozmadan 2 milyon 614 min vətəndaşımıza aylıq ödənişin həyata keçirilməsinin mümkünlüyünün əsaslandırılmasıdır”.

O qeyd edib ki, 17 yaşınadək uşaqlara uşaqpulunun verilməsi praktikası dünya ölkələrində mövcuddur. O deyib ki, bəzi ölkələrdə 18 yaşınadək insanlara uşaqpulu verilir.

“Misal üçün Avropa ölkələrinin praktikasına diqqət yetirək. Avstriyada 3 yaşadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşadək uşaqlara isə 130 avro ödənilir. İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır.

Finlandiyada 17 yaşadək birinci uşağa ayda 100, ikinci uşağa 110, üçüncü uşağa 141, dördüncü uşaqa 162 avro ödənilir. Almaniyada birinci və ikinci uşağın hər birinə 194, üçüncü 200, dörd və daha çox olanlar isə hərəyə 225 avro aylıq ödəniş həyata keçirilir.

Oxşar mexanizmlər Avstraliya, Kanada, Fransa, İtaliya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zellandiya, Cənubi Koreya və eləcə də əksər Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur.

Bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlilik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11.422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir.

Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir. Rusiyada hətta ikinci uşağı dünyaya gətirən ailələrə 8 min dollara yaxın "analıq kapitalı" adlandırılan ödəniş edilir.

Bu vəsait uşağın təhsili və digər prioritet məqsədlər üçün istifadə edilir. Göründüyü kimi, 17 yaşadək uşaq pulunu verilməsi mexanizmi əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur.

Ölkəmizin dövlət gəlirlərinin 2017-ci ildən etibarən yenidən artdığını nəzərə alsaq Azərbaycanda da uşaq pulunun bərpası üçün maliyyə imkanları var. Deməli, uşaq pulunun bərpasının maliyyə bazası var”, - deyə V. Bayramov bildirib.

Bununla belə ekspert hökumətin 3 yaşınadək uşaqlara sosial müavinətin verilməsi istiqamətində gördüyü işləri uşaqpulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirib:

“Azərbaycan Prezidenti 3 yaşınadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi barədə tapşırıq verib. Bu uşaqpulunun mərhələli şəkildə bərpası kimi qiymətləndirilməlidir. Bu addım uşaqların sosial müdafiəsi baxımdan çox vacibdir”.

Deputat Elmira Axundova isə açıqlamasında bildirib ki, artıq uşaqpulu məsələsinin bərpası məsələsi öz aktuallığını itirib.

“Seçicilərimiz hər zaman bu məsələni qaldırır və bizdən uşaqpulunun 18 yaşınadək bərpa olunmasını istəyirlər. Lakin son dövrlərdə ölkə başçısının sosial sahədə həyata keçirdiyi islahatlar nəticəsində öz aktuallığını itirib.

Niyə görə? Biz də əsasən sosial cəhətdən imkansız ailələr başqa ünvanlı yardımlar alırlar. Kimisi ünvanlı sosial yardım alır, kimisinin evdə əlil övladı var, onlara müavinətlər verilir və bu xeyli dərəcədə qaldırılıb. Uşağa baxanlara əlavə müavinətlər verilir və sair.

Odur ki, aprelin 1-dən etibarən Prezidentin sərəncamına uyğun olaraq bu qəbildən olan ailələr 2-3 qat artıq müavinətlər alacaqlar. Ona görə də uşaqpulu aktualığını itirib”, -deyə E,Axundova qeyd edib.

Deputat əlavə edib ki, biz uşaqpulu məsələsini zamanında qaldıranda ünvanılılığının itəcəyini fikirləşməmişdik.

“Yəni bu zaman ünvanılılıq itəcəkdi. Varlı ailəyə də, kasıb ailəyə də uşaqpulu düşəcəkdi. Bu sosial cəhətdən ədalətli deyil. Sosial cəhətdən bu yardımlar ünvanlı və ədalətli olmalıdır.

Bu məsələdə ünvanılılıq konkretləşdirildiyindən uşaqpulunun bərpası məsələsi öz aktuallığını itirib”, - deyə deputat bildirib.

Nazirlikdən isə öz növbəsində məsələ ilə bağlı bildirilib ki, ölkəmizdə 10-dan çox sosial müavinət növü var və bunların hamısı məhz uşaqların sosial müdafiəsinə yönəlib.

Belə ki, hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər.

Həmçinin aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir.

Çernobıl AES qəzası nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlara da müavinət verilir.

Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər. Sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir. Qeyd olunan müavinətlərin mütəmadi olaraq artırılması təmin edilir.

Nazirlikdən o da bildirilib ki, dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib.

Eyni zamanda, Sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb.


Azərbaycanda uşaqpulu bərpa oluna bilərmi? - RƏSMİ AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Afaq Məsud kimdir?
     25.05.2019
    İlham Əliyevdən Musa Yaqub və Ramiz Rövşənlə bağlı - SƏRƏNCAM
    Prezident Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi
     25.05.2019
    General Aydəmirov: Qarabağda müharibə yetişib, bu an məsələsidir
    "Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər."
     25.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ