EURO 1,9187 NEFT 66,36
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:20.12.2017 12:36:28

“Azərbaycanda insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yeri isə onkoloji xəstəliklər tutur”.

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə siyasəti şöbəsinin müdiri Nabil Seyidov Tütünlə Mübarizə üzrə IV Milli Konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aparılmış təhlillərə əsasən Azərbaycanda bütün ölümlərin 87%-i qeyri-infeksion xəstəliklərin (QİX) payına düşür: “Ürək-damar xəstəliklərindən ölənlərin sayı 51%, xərçəng xəstəliyindən ölənlərin sayı isə 11%-dir”.

Şöbə müdiri qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, 2010-2020-ci illər ərzində Azərbaycanda QİX, habelə ürək-damar və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə baş verəcək. Azərbaycan da orta gəlirlli ölkələrə aid edilir”.(APA)


Azərbaycanda ürək-damar və xərçəngdən ölənlər artacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hacət namazı və Xanım Zəhraya (s.ə) təvəssül
    Xanım Zəhradan (ə) hacət almaq istəyənlər İmam Sadiqin (ə) göstərişinə diqqət etsinlər
     16.02.2019
    Eldəniz Quliyev: Taleh Bağırov aclıq aksiyasını dayandırıb
    Taleh Bağırovun 15 gündür aclıq aksiyası keçirdiyi bildirilirdi.
     16.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ