EURO 1,9187 NEFT 66,39
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:11.02.2019 16:48:10

Məsələ ilə bağlı "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli sualları cavablandırıb.

Bu gün səhər saatlarında "ARB Media Qrup"a daxil olan tematik musiqi kanalı "ARB Ulduz"un peyk vasitəsi ilə yayımının dayanması müşahidə olunub.
 
Məsələ ilə bağlı "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli Azxeber.com-un suallarını cavablandırıb.
 
- Bu gün səhər saatlarından etibarən "ARB Ulduz"un peyk vasitəsilə yayımının olmadığı müşahidə edilir. Bu hansısa texniki problemlə bağlıdır?
 
 "Xeyr, texniki problemlə bağlı deyil. "ARB Ulduz" telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması qərarı qəbul edilib".
 
- Buna səbəb nədir?
  
 "Bildiyiniz kimi müasir dövrdə telekanallar bir çox hallarda reklam gəlirlərinin hesabına maliyyələşir. "ARB Media Qrup"a daxil olan kanallar da buna istisna deyil. "ARB Ulduz" telekanalı ölkə reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilmirdi. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Reklam bazarının əsas iştirakçıları, ümumölkə və çoxşaxəli məzmunda fəaliyyət göstərən telekanallardır. Elə məhz bu səbəbdən də musiqi yönümlü tematik kanal olan "ARB Ulduz" da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi".
 
- Bəs "ARB Media Qrup"a daxil olan digər tematik kanal olan "ARB Günəş"in taleyi necə olacaq?
 
  Bəli, "ARB Günəş" Azərbaycanın ilk  və yeganə tematik uşaq kanalıdır. Bu telekanalın əsas auditoriyası azyaşlı tamaşaçılardır. Yuxarıda qeyd etdiyim kimi, digər tematik telekanallarda olan kommersiya problemləri "ARB Günəş"ə də şamil edilir. Lakin, Azərbaycan dilində yayımlanan uşaq telekanalının nə dərəcədə vacib bir iş olduğunu nəzərə alsaq, "ARB Media Qrup" daxili imkanlar hesabına kanalın yayımını davam etdirməyi düşünür.

Azərbaycanda telekanal yayımını dayandırdı - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Laricani: Biz nüvə sazişinə sadiqik, ABŞ sözünü tutmadı
    Əli Laricani Yaponiya təmasları çərçivəsində Baş Nazir Şinzo Abe ilə görüşüb.
     15.02.2019
    Fələstinlilərin 47-ci “Geri qayıdış” yürüşləri keçirildi: Yaralılar var - FOTO
    Aksiyalar zamanı bir İsrail hərbçisinin kəllə-beyin travması aldığı önə çəkilir
     15.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ