1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:09.10.2018 09:56:07

Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Azərbaycanda "www.booking.com" və digər tanınmış onlayn sistemlərdə kirayə üçün qoyulan evlərin şəkilləri ilə onların real vəziyyətləri arasında uyğunsuzluqların olması hallarına rast gəlinib.
İslamazeri.com xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, Azərbaycanda bəzi şəxslər öz mənzillərinin, yaxud kirayəyə götürdükləri mənzillərin şəkillərini turistlərə kirayəyə vermək üçün belə onlayn sistemlərə yerləşdirirlər. Lakin AzTA-ya daxil olan müraciətlərdən məlum olub ki, sistemə ev haqqında düzgün şəkillər qoyulmur, turistlər oraya gəldikdə sanitar-gigiyenik vəziyyətin yaxşı olmadığını görürlər:

"Bundan sonra da turistlər sosial şəbəkələrdə müəyyən fikirlər yazırlar. Bunlar isə Azərbaycan turizminin xeyrinə olmur".
Assosiasiya sədri qeyd edib ki, belə halların yaranmaması üçün tanınmış onlayn sistemlərin ölkəmizdəki nümayəndələrinə mənzillərin şəkilərini müəyyən yoxlamalardan sonra yerləşdirmələri tövsiyə edilib:

"Bununla bağlı çox problemlə üzləşdiyimiz üçün həmin sistemlərin Azərbaycandakı nümayəndələrinə bildirmişik ki, şəkilləri yoxladıqdan sonra sistemlərinə qoysunlar. Əks halda, həmin şəxslər sistemdən çıxarılacaq”.


Azərbaycanda saytlara qoyulan bəzi kirayə ev şəkilləri real deyil: Müştərilər belə aldadılır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İraq xalqı İsrailə qarşı imza kampaniyası başladıb
    İraq xalqı "Sionist İsrail rejimi ilə hər hansı bir əməkdaşlıq və qarşılıqlı əlaqənin İraqa xəyanət olduğunu vurğulayıb.
     22.02.2019
    Səudiyyə Ərəbistanında həbsdə olan din xadimi aclıq aksiyasına başlayıb
    Səudiyyə rəsmiləri hələlik məsələyə dair bir açıqlama verməyib.
     21.02.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ