EURO 1,9338 TRY 0,2945
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:28.03.2019 22:47:22

Onlar bu toya dəvət metodunun çox rahat, səmimi və anlayışlı olduğunu düşünürlər.

Qazax rayonunun Ermənistanla sərhəd xəttindən 150 metr uzaqlıqda yerləşən Məzəm kəndində sakinlərin toya dəvət olunması ilə bağlı maraqlı və orjinal bir ənənə formalaşıb.

İslamazeri.com sherq.az-a istinadən xəbər verir ki, təxminən 500 nəfərdən ibarət olan bu sərhəd kənddə toy dəvətnaməsi hər kəsin evinə göndərilmir. Hər hansı bir kənd sakini övladına toy, düyün edərsə və ya övladının müəssər olduğu nailiyyətlərlə bağlı ziyafət verərsə, bununla bağlı ümumi bir dəvətnamə yazılır.

Kənd sakinlərinin daha sıx, eyni zamanda tez-tez toplaşıb müzakirələr apardığı bir məkandakı ağaca vurulur. Və bütün kənd sakinləri mərasimə dəvət olunurlar. Bunun yaranmasını zəruri edən isə həmin kənddə yaşayan əhalinin sayının azlıq təşkil etməsi olub.
Əhalisi az olan kəndlərdə hər hansı bir toy, nişan olarsa, bütün kənd əhli mərasimə dəvət olunur. Qeyd edək ki, məlum ənənə uzun müddətdir, davam edir.

Kənd sakinləri bu adəti davam etdirəcəklərini söyləyirlər. Onlar bu toya dəvət metodunun çox rahat, səmimi və anlayışlı olduğunu düşünürlər.


Azərbaycanda orijinal toy dəvəti - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə avtobus qatara çırpıldı
    Hadisə yerinə təcil tibbi yardım heyəti cəlb edilib.
     24.06.2019
    Jurnalist qadından şok iddia: Tramp məni zorlayıb...
    Tramp məsələyə reaksiya verib.
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ