1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:08.10.2018 09:44:27

İlham Şaban: “Hasilat 50 ildən sonra belə azalmayacaq”

“Yaxın gələcəkdə neft hasilatçılarının sayı kəskin azalacaq”. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman neft hasilatı ilə bağlı danışarkən bildirib. Onun fikrincə, Rusiya və Çin neft hasilatını yaxın illərdə tam dayandıracaq.

“2030-cu ilə qədər neft hasilatı hər il 1%-1,5% artacaq. Bəziləri isə düşünür ki, azalacaq. Mənim hesablamalarıma görə isə neft hasilatı tam yox olacaq. Hesablamalarımıza görə, Çin yaxın 5 ildə neft hasilatını kəskin azaldacaq və ola bilsin 20 il sonra neft çıxaran ölkələr siyahısından tam itsin. Digər ölkələri də eyni tale gözləyir. Məsələn, Rusiya sutkalıq 10 milyon barel yerinə 20 il sonra çox az neft çıxaracaq və neft bazarında yerini itirəcək”, - deyə o qeyd edib.

Səudiyyə Ərəbistanına gəldikdə isə şahzadə bildirib ki, onun ölkəsinin bununla bağlı neft bazarında heç bir təhlükəsi yoxdur.

Maraqlıdır bəs Azərbaycanının gələcəkdə nefat hasilatı necə olacaq? Şahzadənin dediyi təhlükə Azərbaycan üçün də keçərlidirmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban məsələyə bu cür şərh bildirdi: “Nə Çin, nə də Rusiya neft hasilatı bazarından çıxmayacaq. Ümumiyyətlə, bu ehtimal heç 30 ildən sonrakı dövr üçün də real görünmür. Çünki heç bir ölkədə neft hasilatı birdən-birə aşağı düşmür və yaxud ona olan tələbat həmişə eyni səviyyədə qalmır. Azalma yalnız yumşaq şəkildə aşağı düşməklə müşahidə olunur. Ona görə də 30 il deyil, 50 ildən sonra belə hasilat azalmayacaq. Necə ki, bundan əvvəl kömürlə bağlı iqtisadi proqnozlar verilirdi ki, 21-ci əsrdə dünyada kömür enerji məhsulu kimi gündəmdə olmayacaq. Lakin kömür neftdən sonra yenə də öz xüsusi çəkisini saxlayır. Həmçinin qeyd olunur ki, qaz bir müddət sonra 2-cı sıradan 3-cü sıraya keçəcək. Kömürün 2040-cı ildə enerji məhsulları arasında gündəmdən çıxıb-çıxmamağı bəlli deyil. Kömür 300 ildir ki, gündəmdədir”.

Azərbaycanın neft hasilatına gəldikdə isə ekspert qeyd elədi ki, ötən il ölkəmizdə 38,7 milyon ton neft hasil edib: “Cari ildə isə 38,6 milyon ton olması proqnozlaşdırılır. Yəni stabil bir səviyyədir. Gələn il bu hasilatın artması da mümkündür. Beləliklə də 20 ildən sonra, təxminən 2035-ci ildə neft hasilatı orta hesabla 20 milyondan artıq ola bilər”. (“Yeni Müsavat”)


Azərbaycanda neft hasilatının azalması gözlənilmir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Apellyasiya Məhkəməsi  şəhid oğlunun həbs müddətini azaldıb
    Ötən gün Bakı Apellyasiya Məhkəməsində Toğrul Hacıyevin inzibati həbsindən şikayətinə baxılıb.
     15.12.2018
    İlham Əliyev general rütbələri verdi
    Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
     15.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ