EURO 1,9801 NEFT 72,05
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:02.07.2018 20:00:09

Azərbaycanda nazir müavini olan xanımların sayı 4-ə çatıb.

Bir neçə gün əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva vəzifəsindən azad olunaraq, təhsil nazirinin müavini təyin olunub.

İslamazeri.com-un məlumatına görə, bununla da Azərbaycanda nazir müavini olan xanımların sayı 4-ə çatıb.

 

Məlumat üçün bildirək ki, təhsil nazirinin müavini M. Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirib.

 

1991-2003-cü illərdə Səbail rayonu 190 nömrəli tam orta məktəbdə müəllim, 2003-2008-ci illərdə “XXI əsr” Ümumtəhsil Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor müavini, 2008-2014-cü illərdə akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. 

 

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli 3062 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasınınəməkdar müəllimi" fəxri adına layiq görülüb. Psixologiya üzrə fəlsəfə doktorudur. 2014-cü il 5 dekabrdan etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini kimi fəaliyyət göstərib. Təhsil naziri 28 dekabr 2015-ci il tarixli 11/1280 nömrəli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Ailəlidir, 2 övladı var. 

 

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova 1971-ci ildə anadan olub. O, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb. 1993-2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib.

 

Image result for İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova

 

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivəsində müəyyən olunması üzrə komissiyanın sədri olub.

 

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

 

Ailəlidir, 2 övladı var.

 

Related image

Səhiyyə nazirinin müavini Nigar Əliyeva isə 1969-cu ildə Bakı şəhərində anadan olub. O, 1976-1986-cı illərdə Bakı şəhəri 46 nömrəli orta məktəbdə təhsil alıb. 1986-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun “müalicə işi” fakültəsinə qəbul olub və 1992-ci ildə bitirib. 1992-1993-cü illərdə Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasında “terapiya” ixtisası üzrə internatura keçib. 1993-cü ildən Respublika Diaqnostika Mərkəzində həkim fəaliyyətinə başlayıb və həmin müəssisədə 2006-cı ilədək həkim-terapevt vəzifəsində çalışıb. 

 

2006-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ümumi şöbənin müdiri vəzifəsinə təyin edilib. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” proqramı üzrə ixtisasartırma kursu keçib. 2009-cu ildən bu günə kimi Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini vəzifəsində çalışır. 2013-cü ildə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.

 

2016-cı ildə Əməkdar həkim fəxri adı ilə təltif edilib. 

 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Bakı şəhərində akademik ailəsində anadan olub. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Milli Elmlər Akademiyasının aspiranturasını bitirdikdən sonra Akademiyanın elmi-tədqiqat institutlarında əvvəl kiçik elmi işçi, sonradan böyük elmi işçi vəzifələrində çalışıb. 1983-cü ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində pedaqoji fəaliyyətə başlayaraq, ardıcıl olaraq dosent, professor, kafedra müdiri vəzifələrindəişləyib. Fəlsəfə elmləri doktoru, professordur.

 

2001-ci ildə "Fəlsəfə" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1998-ci ildə prezident seçkilərində Heydər Əliyevin vəkili kimi iştirak edib. 1999-cu il ildən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin müavinidir. 1999-cu ildə Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin üzvü, 2007-2011-ci illlərdə həmin Rəhbər Komitənin Büro üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə yaradılmış BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin üzvüdür.

Image result for Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva

 

Azərbaycanda və xarici ölkələrdə, o cümlədən BMT, YUNESKO, İSESKO, TÜRKSOY, MDB, GUAM, Avropa Şurasının qərargahlarında və komitələrində keçirilmiş 100-dən çox beynəlxalq simpozium, forum və konfranslarda Azərbaycanı təmsil edib. Fransa, Çexiya, İtaliya, Yunanıstan, Macarıstan, Latviya Polşa, İraq, Dağıstan və Sankt- Peterburq (Rusiya) Hökumətlərarası Komissiyasının üzvüdür.

 

2005-ci ildə Fransız Elmi Cəmiyyətinin medalına layiq görülüb, 2008-сi ildə Fransa Respublikasının "İncəsənət və Ədəbiyyat sahəsində xidmətlərinə görə" zabit ordeni, 2013-cü ildə İtaliya Respublikasının "Şərəf" ordeni ilə, 2015-ci ildə isə Avstriyanın elm, təhsil və incəsənət fəxri orden ilə təltif edilib, 2016-cı ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

 

Ailəlidir, bir oğlu var.


Azərbaycanda nazirlərin xanım müavinləri - ƏTRAFLI-FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək
    Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycana səfər edəcək.
     19.07.2018
    Tramp Ərdoğana səsləndi: Bu tam bir biyabırçılıqdır...
    Tramp xristian keşiş üçün Ərdoğana səsləndi.
     19.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ